COP29-un rəsmi saytı istifadəyə verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

COP29-un rəsmi saytı istifadəyə verilib

Qafar Ağayev16:47 - 01 / 05 / 2024
COP29-un rəsmi saytı istifadəyə verilib

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) rəsmi saytı istifadəyə verilib.

1news.az xəbər verir ki, sözügedən saytda COP29-un əhəmiyyəti barədə məlumat verilib. Həmçinin COP29-un Təşkilat Komitəsinin üzvləri barədə məlumatlar yer alıb.

Bundan başqa, saytın “Tez-tez soruşulan suallar” bölməsində vətəndaşları maraqlandıran suallara cavablar da yer alıb.

Qeyd edək ki, bu ilin noyabrında Azərbaycan COP29-a ev sahibliyi edəcək. Konfrans Bakı Olimpiya Stadionunda baş tutacaq.

Paylaş:
266

Son xəbərlər

Bütün xəbərlər