Qaradağda neft məhsulları tullantıları olan quyudan meyit tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qaradağda neft məhsulları tullantıları olan quyudan meyit tapılıb

15:10 - 01 / 05 / 2024
Qaradağda neft məhsulları tullantıları olan quyudan meyit tapılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Qaradağ rayonunda neft məhsullarının tullantıları olan quyuda kişi meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.

1news.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
270

Son xəbərlər

Bütün xəbərlər