“Qızla görüşə gedirəm, burax gedim...” –  SMS-xuliqanları tapılaraq cəzalandırılacaq – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Qızla görüşə gedirəm, burax gedim...” –  SMS-xuliqanları tapılaraq cəzalandırılacaq – VİDEO

20:26 - 06 / 04 / 2020
“Qızla görüşə gedirəm, burax gedim...” –  SMS-xuliqanları tapılaraq cəzalandırılacaq – VİDEO

Məlum olduğu kimi, aprelin 5-dən etibarən Azərbaycanda karantin rejimi sərtləşdirilib və buna əsasən, evdən çıxmaq üçün vətəndaşlar SMS vasitəsilə müvafiq icazə almalıdırlar.

Bununla bağlı “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” vətəndaşların suallarını cavablandırır.

1news.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən xəbərə görə, belə ki, əməkdaşlar üçün icazənin alınması ilə bağlı 37274 dövlət və özəl təşkilat, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən icaze.e-gov.az portalı vasitəsi ilə 556762  icazə qeydiyyata alınıb.

Evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün SMS-lə 8103 qısa nömrəsinə 622 min telefon nömrəsindən 1 milyon 437 min SMS göndərilib ki, bunlardan da təqribən 833 mini, yəni 58 faizi aidiyyəti olmayan məzmunla bağlı göndərildiyindən təsdiq cavabı almayıb. SMS-lərin 97 faizi 1-2 dəqiqə ərzində cavablandırılıb.

Bəzi “SMS-lərin” müəllifləri olan zarafatçıllar etiraz olaraq sistemi “çökdürməyə” çalışıblar. Bunu daha sonra sosial şəbəkədə həmin “SMS-in” skrini paylaşaraq “layk” toplasılar deyə, həmin “qəhrəman zarafatçılardan” bəziləri sadəcə “yersiz yumor” hissləri ilə göstəriblər.

Lakin onların “yersiz zarafatlarına” baxmayaraq sistem çökməyib. Sadəcə ciddi bir səbəblə evdən çıxması lazım olanların çoxu bir neçə dəqiqə gözləməli olublar (adətən cavab bir dəqiqə ərzində gəlir).

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib ki, adətən SMS vasitəsilə vətəndaşların müraciətlərinə cavab 1-2 dəqiqə ərzində gəlir.

“Bununla bərabər, məsuliyyətsiz vətəndaşların göndərdiyi qeyri-ciddi mesajlar səbəbindən digər vətəndaşlar üçün SMS-lər bir qədər gecikib”.

Onun sözlərinə görə, bu cür hərəkətlər rejimin pozulması kimi qiymətləndiriləcək və bu insanlara qarşı müvafiq tədbirlər görüləcək, onlar ciddi cəzalandırılacaqlar.

YENİ QƏRAR: SMS göndərmədən evdən çıxmaq olmaz

S.Xankişiyeva

 

 

Paylaş:
2537

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər