Redaksiyaya məktub: Hüseynov qardaşlarının anasının erməni Yevgeniya Ovanesova olduğu ortaya çıxdı – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Redaksiyaya məktub: Hüseynov qardaşlarının anasının erməni Yevgeniya Ovanesova olduğu ortaya çıxdı – FOTO – VİDEO

13:05 - 03 / 07 / 2020
Redaksiyaya məktub: Hüseynov qardaşlarının anasının erməni Yevgeniya Ovanesova olduğu ortaya çıxdı – FOTO – VİDEO

Yaxın günlərdə 1news.az saytının redaksiyasına mənbələrimizdən birindən sensasiyalı müraciəti daxil olub.

Məlumat kifayət qədər ciddi olduğundan, yayımlamadan əvvəl məlumatların etibarlılığını yoxlamaq qərarına gəldik və yalnız onların həqiqiliyinə əmin olduqdan sonra bu mətni çap etməyə razılaşdıq.

Məlumatı olduğu kimi diqqətinizə çatdırırıq:

“Hörmətli redaksiya, hər vaxtınız xeyir!

Diqqətinizə təqdim edəcəyim faktların əhəmiyyətinə baxmayaraq, hələ də bu məlumatı dərc etmək qərarına gələcəyinizə şübhə edirəm – məlumat çox sensasiyalıdır. Lakin buna baxmayaraq, əminəm ki, faktlar oxucularınızı maraqlandıracaq.

Beləliklə, əvvəlcə qeyd edim ki, bu, özlərini demokratiya və azərbaycanlıların hüquqları uğrunda fəal mübarizə aparan Emin və Mehman Hüseynovlar qardaşlarına aiddir.

Və daha dəqiq desək – onların valideynlərindən biri. Yəni anaları – qızlıq soyadı Bədir-zadə olan Firəngiz İbrahimov qızı Hüseynova ilə bağlıdır.

Beləliklə, aldığım məlumatlara görə, İbrahim Bədir-zadə və Mariya Yarullayevna Taynulinanın (milliyətcə krım tatarı) qızları Firəngiz Bədir-zadə həqiqətən də onlar tərəfindən övladlığa götürülüb.

Arxiv sənədlərinin yoxlanılması zamanı Hüseynov qardaşlarının anasının əvvəlcə “Yevgeniya Qriqoryevna Ovanesova” adını daşıdığını aşkar etdim.

Doğum haqqında şəhadətnamədə erməni Arfeniya Sergeyevna Ovanesova anası olaraq göstərilir. Atasının adının qarşısı boşdur (çox güman ki, atasının adının qarşısına “Qriqoryevna” sonradan əlavə edilib).

Həqiqətdə isə, Yevgeniya Ovanesova yuxarıda göstərilən İbrahim Bədir-zadə və Mariya Taynulina tərəfindən övladlığa götürülüb. Bu baxımdan keçmiş soyadı Ovanesovanın üzərindən xətt çəkilərək Bədir-zadə ilə əvəz olunub (sənədlərin surətlərini əlavə edirəm).

1967-ci ildə, 20 yaşı olanda Yevgeniya Kustana şəhərinin (Qazaxıstan) nikah dairəsində qeyd edildiyi kimi, adını Firəngiz olaraq dəyişdirib.

Beləliklə, belə bir maraqlı vəziyyət ortaya çıxır – demək olar ki, "Azərbaycanda demokratiya uğrunda mübarizə aparan" iki əsas nəfərin anası erməni imiş. Bu da ictimaiyyətdən ciddi şəkildə gizlədilib.

Bunların Azərbaycan uğrunda mübarizəkar olmaları ritorik sual doğurur. Emin Hüseynovun Varşavada ATƏT/DTİHB tədbiri zamanı verdiyi açıqlamada “azərbaycanlılar Dağlıq Qarabağdakı müharibə zamanı erməni jurnalistlərini qətlə yetiriblər”  ifadəsini xatırlayırıq və buna göz yummamalıyıq.

Sonra E.Hüseynov əlavə etdi ki, guya azərbaycanlılar  “ermənilərlə sülh şəraitində yaşamaq istəyirlər, amma hakimiyyət bunlara imkan vermir”. Bu alovlu çıxışdan sonra erməni iştirakçıları, o cümlədən Ermənistan səfiri Edqar Vardanyan Hüseynovu ayaqüstə alqışladılar.

Yeri gəlmişkən, xatırlamırıq ki, Eminin kiçik qardaşı, özünü demək olar ki, “millətin vicdanı” adlandıran Mehman Hüseynov öz fəaliyyətində Dağlıq Qarabağın erməni təcavüzkarları tərəfindən işğalına diqqət yetirsin. “Çox şanslı təsadüfdən” o, yalnız daxili auditoriyaya etdiyi çoxsaylı çıxışlarında deyil, xaricdə keçirilən tədbirlərdə də bu mövzundan yan keçir.

Bütün bunların fonunda, Qarabağla bağlı alovlu çıxışları ilə tanınan, Yevgeniya Ovanesovanın dəfn mərasimində “bu qadının Azərbaycanın iki əsl vətənpərvərini necə yetişdirməsi” ilə bağlı təriflər səsləndirən müxalif AXCP sədri Əli Kərimli çox gülünc görünür.

Beləliklə, nəticədə analarının milliyəti ilə bağlı məlumatı Hüseynov qardaşları necə şərh edəcəklər?

Yaşayarıq, görərik.

Hörmətlə və bu materialın nəşrinə ümidlə”.

Firəngiz Bədir-zadənin doğum haqqında şəhadətnaməsi (Yevgeniya Ovanesova)

Firəngiz Bədir-zadənin (Yevgeniya Ovanesova) övladlığa götürülmə aktı

Tərcümə: S.Xankişiyeva

Paylaş:
3003

Son xəbərlər

"Nar"dan sərfəli smartfon təklifi27 / 04 / 2024, 21:10ABŞ Səfirliyi ANAMA əməkdaşının minaya düşməsinə münasibət bildirib27 / 04 / 2024, 18:03Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar27 / 04 / 2024, 17:40Sahibkarlıq sahəsində fərqlənən bəzi şəxslər “Tərəqqi” medalı ilə təltif edilib27 / 04 / 2024, 17:19Azərbaycan hərbçiləri Türkiyədə “EFES - 2024” təlimində iştirak edir - FOTO27 / 04 / 2024, 17:03“Koroğlu”da polisdən qaçan narkokuryer barəsində cinayət işi başlanıldı - FOTO27 / 04 / 2024, 16:21Ali Məhkəmənin hakimi intihar edib27 / 04 / 2024, 16:01Hacıqabul - Bəhrəmtəpə - Mincivan yolunda hərəkət qismən məhdudlaşdırılacaq27 / 04 / 2024, 15:40“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirilib - VİDEO27 / 04 / 2024, 15:30Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək27 / 04 / 2024, 15:01Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fleşmob təşkil edib27 / 04 / 2024, 14:34Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmənin meyiti tapılıb27 / 04 / 2024, 14:17Bu gün 10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışır27 / 04 / 2024, 13:47Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb, saxlanılan var27 / 04 / 2024, 13:26ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb27 / 04 / 2024, 13:06Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirilib27 / 04 / 2024, 12:30Sahibə Qafarova: Fransa regionda yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyur27 / 04 / 2024, 12:20Bazar günü Azərbaycanda 32 dərəcə isti olacaq - Proqnoz27 / 04 / 2024, 12:06Azərbaycan hərbçiləri İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklər27 / 04 / 2024, 11:41Milli Məclisin nümayəndə heyəti Monteneqroda “Partizan döyüşçüsü” abidəsini ziyarət edib27 / 04 / 2024, 11:32
Bütün xəbərlər