Rusiyalı tennisçi: “Ata tərəfdən bir çox qohumlarım əslən azərbaycanlıdır” - MÜSAHİBƏ | 1news.az | Xəbərlər
İdman

Rusiyalı tennisçi: “Ata tərəfdən bir çox qohumlarım əslən azərbaycanlıdır” - MÜSAHİBƏ

17:31 - 19 / 01 / 2021
Rusiyalı tennisçi: “Ata tərəfdən bir çox qohumlarım əslən azərbaycanlıdır” - MÜSAHİBƏ

Əgər Qadın Tennisçilər Birliyinin (WTA) reytinqinə nəzər yetirsək, orada dünyanın 228-ci raketka ustası olan Anastasiya Həsənovanın adına rast gələ bilərik. Məlum olduğu kimi, A.Həsənova Azərbaycan əsilli idmançıdır.

1news.az azerisport.com-a istinadla 21 yaşlı tennisçinin açıqlamasını təqdim edir:

"Rusiyada kiçik şəhərlərdən birində böyümüşəm, təxminən üç yaşımda fiqurlu konkisürmə ilə məşğul olmağa, dörd yaşımda isə tennis oynamağa başladım. Anam tennis müəlliməsidir, ona görə də bu idman növünə marağım başadüşüləndir (gülür). Volqa Dövlət İdarəçilik Akademiyasını bitirib, Kazandakı Volqa İdman və Turizm Akademiyasının magistraturasına daxil olmuşam. Boş vaxtlarımda bloqum vasitəsi ilə insanları sağlam həyat tərzinə üstünlük verməyə həvəsləndirirəm", - özü barədə danışan A. Həsənova bildirib.

- Sizi Azərbaycanla nə bağlayır?

- Atam, Dmitri Həsənov və babam milliyyətcə azərbaycanlıdır. Ümumiyyətlə, ata tərəfdən bir çox qohumlarım əslən azərbaycanlıdır.

- Bütün bunları nəzərə alaraq özünüzü daha çox azərbaycanlı hesab edirsiniz, yoxsa rus?

- Belə çıxır ki, mən dünya adamıyam (gülür), çünki müxtəlif qan qarışığım var.

- Bəs nəvaxtsa Azərbaycanda olmusuz?

- Bir dəfə 14 yaşımda Bakıda olmuşam.

- Azərbaycan kökənli idmançılar milli komandamıza cəlb olunurlar. Siz belə bir təklif almısınız?

- Xeyr, belə bir təklif almamışam.

- Belə bir təklifə cavab verərdiniz?

- Heç nəyi istisna etmirəm. Belə bir təklif olarsa, düşünmək üçün səbəb də olacaq. İndi isə heç nə deyə bilmərəm.

- Azərbaycan tennisinin səviyyəsi ilə maraqlanırsınız?

- Düzünü desəm, izləməmişəm. Böyüklərdən beynəlxalq səviyyəli turnirlərində rastıma çıxan olmayıb, amma gənclər var. Bəlkə də nə vaxtsa Azərbaycana yolum düşəcək.

1news.az

Paylaş:
549

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər