#SeninleyizAzerbaycan: Türkiyə vətəndaşlarından Azərbaycan ordusuna dəstək – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

#SeninleyizAzerbaycan: Türkiyə vətəndaşlarından Azərbaycan ordusuna dəstək – FOTO

11:49 - 13 / 07 / 2020
#SeninleyizAzerbaycan: Türkiyə vətəndaşlarından Azərbaycan ordusuna dəstək – FOTO

İyulun 12-də Ermənistan ordusu tərəfindən törədilən təxribatın qarşısını alan Azərbaycan ordusuna Türkiyə vətəndaşları "Twitter" sosial media şəbəkəsi vasitəsilə dəstək göstərirlər.

AZƏRTAC xəbər verir ki, Türkiyə vətəndaşları "Twiter"də yaratdıqları #SeninleyizAzerbaycan həştəqi ilə Azərbaycanın yanında olduqlarını nümayiş etdirirlər. Qeyd edilən həştəq ötən günün ikinci yarısından sonra "Twitter"də ən çox paylaşılanlar sırasına daxil olub.

Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyi də təmas xəttindəki vəziyyətlə bağlı açıqlama yayıb. Açıqlamada Türkiyənin daim Azərbaycanın yanında olduğu qeyd olunur. Həmçinin törədilən təxribata görə Ermənistan şiddətlə qınanılır.

S.Xankişiyeva

 

 

Paylaş:
991

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər