Sevinc Fətəliyeva: Prezident İlham Əliyevin rəhbərlik etdiyi illər ərzində vətənpərvər ruhda tərbiyə almış gənc nəsil bu torpaqları azad etdilər | 1news.az | Xəbərlər
Siyasət

Sevinc Fətəliyeva: Prezident İlham Əliyevin rəhbərlik etdiyi illər ərzində vətənpərvər ruhda tərbiyə almış gənc nəsil bu torpaqları azad etdilər

14:24 - 18 / 01 / 2021
Sevinc Fətəliyeva: Prezident İlham Əliyevin rəhbərlik etdiyi illər ərzində vətənpərvər ruhda tərbiyə almış gənc nəsil bu torpaqları azad etdilər

“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsi tariximizə qızıl hərflərlə yazılıb. Qarşımızda duran ən əsas vəzifə işğaldan azad olunmuş torpaqlarımızın bərpası, quruculuq işlərinin həyata keçirilməsidir. Cənab Prezident müharibədən sonra azad olunmuş ərazilərə şəxsən səfər edir, həmin torpaqlardan qarşıda duran vəzifələrlə bağlı öz mesajlarını verir”.

1news.az-ın verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, Prezident İlham Əliyev bugünlərdə Şuşaya qalib ordunun və dövlətin qalib sərkərdəsi kimi səfər etdi.  Onun sözlərinə görə, dövlətimizin başçısı tərəfindən Şuşanın işğaldan azad edildiyi ilk gündən bu tarixi şəhərimizin dirçəldilməsi üçün əməli fəaliyyətə başlanıldı. Biz bunu Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyduğu, mədəniyyət paytaxtı Şuşa şəhərində olduğu zaman bir daha şahidi olduq. Məlumdur ki, 30 il ərzində bu torpaqları işğal altında saxlayan düşmən dövlət siyasəti dərəcəsinə çatdırılan quldurluq hərəkətləri törədib, həmin ərazilərdə daşı daş üstə qoymayıb, evləri, infrastrukturu dağıdıb, yeraltı və yerüstü sərvətləri talan edib. Bir sözlə, bir vaxtlar həyat qaynayan Füzuli və Cəbrayıl rayonlarında, eləcə də digər yaşayış sahələrində dədə-baba torpaqlarından qovulan azərbaycanlıların ev-eşikləri erməni vandalları tərəfindən yerlə-yeksan olunub. Bəli, bu, erməni xislətinin mahiyyətini, vandallığını, vəhşiliyini göstərir.

Millət vəkili qeyd edib ki, Şuşa səfəri zamanı dövlətimizin başçısı mühüm mesajlar verdi. Həm ermənistan, həm də müvafiq beynəlxalq təşkilatlar bu mesajlardan nəticə çıxarmalıdır. Məlumdur ki, Ermənistan tərəfi münaqişənin həllini mümkün qədər uzatmağa çalışırdı. Məqsəd bu idi ki, yetişən gənc nəsillər bu problemi unudacaqlar. Amma  torpaqlarımızı işğaldan azad edən məhz  Ulu Öndər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyevin idarəçiliyinin yetirmələri olan gənclərimiz oldu. Qəhrəman Azərbaycan övladları mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Vətən sevgisi ilə torpaqlarımızı, o cümlədən Şuşanı işğalçılardan azad etdilər.

“2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi. Qələbəmizin rəmzi təsadüfən yumruq seçilməyib. Gənc nəsil, yaşlı nəsil, təcrübəli insanlar, bütün xalqımız, bütün etnik qrupların nümayəndələri, bütün dinlərin nümayəndələri bir yumruqtək birləşib. Bu yumruq, həm gücdür, həm birlikdir. 17 ildir ki, Prezident İlham Əliyev Azərbaycanın rəhbəridir, bu illər ərzində Azərbaycanda yetişən vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil bu torpaqları azad etdilər. Düzdür, bütün nəsillərdən olan vətəndaşların bu Qələbədə böyük zəhməti, payı var. Ancaq əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. Döyüş meydanında Müzəffər Ali Baş Komandan, diplomatiya masasında mahir və məharətli diplomat olan Prezident İlham Əliyevin timsalında bu, sübut olundu. Ümumilikdə isə Azərbaycanın timsalında bunu bütün dünya gördü”,-deyən S.Fətəliyeva əlavə edib ki, bu gün hər bir Azərbaycan gənci öz sahəsində əlindən gələni edərək Azərbaycanın daha parlaq gələcəyə addımlaması yolunda əzmlə çalışır. Bu gün gənclərimiz Heydər Əliyev məktəbinin layiqli yetirməsi kimi ölkəmiizn inkişafına öz təhfələrini verirlər. Vətənə, xalqa, dövlətə, torpağa sonsuz məhəbbət və sədaqət bizim yaddaşlarımıza məhz Ulu Öndər  ideyaları ilə aşılanır. Ən çətin məqamlarda belə torpağa və dövlətə sədaqət prinsipi Ulu Öndər Heydər Əliyevin biz gənclərə ən ali mirasıdır.

Bundan sonrakı mərhələdə Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin daha da güclənəcəyini deyən deputat söyləyib ki, Prezident İlham Əliyevin liderliyi ilə ölkəmiz yeni-yeni nailiyyətlərə imza atacaq.   

S.Xankişiyeva

 

Paylaş:
388

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər