Sosial-psixoloji reabilitasiyaya cəlb olunan qazilərlə görüş olub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sosial-psixoloji reabilitasiyaya cəlb olunan qazilərlə görüş olub – FOTO

10:35 - 16 / 01 / 2021
Sosial-psixoloji reabilitasiyaya cəlb olunan qazilərlə görüş olub – FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Tibbi-Sosial Ekpsertiza və Reabilitasiya Agentliyinin (DTSERA) sədri Cavid Əbdül-Qədirov Agentliyin Reabilitasiya Mərkəzində sosial-psixoloji reabilitasiya xidmətləri göstərilən Vətən müharibəsi qaziləri ilə görüşüb.

Bu barədə 1news.az-a ƏƏSMN-dən bildiriblər. Görüşdə C.Əbdül-Qədirov dövlət başçısının tapşırığı ilə Nazirlik tərəfindən postmüharibə dövründə şəhidlərin ailələri, qazilərimizlə bağlı sosial dəstək tədbirləri həyata keçirildiyini deyib.

Qeyd edilib ki, bu dəstək tədbirləri artıq 8500 şəxsi əhatə edib və onlardan 3200-ə yaxın şəxs sosial-psixoloji dəstəklə təmin olunub. O cümlədən, DTSERA-nın reabilitasiya müəssisələrində postmüharibə dövründə 260 qaziyə, şəhidlərin, yaralı hərbçilərin 20 uşağına sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib. Bakı Sağlamlıq Mərkəzində və Sərhəd Qoşunları Hospitalında müalicə alan hərbçilərdən 28 hərbçini də Agentlik sosial-psixoloji reabilitasiyaya cəlb edib. Eləcə də 5 qazi yüksək texnologiyalı müasir protezlə, 7 qazi əlil arabası, əlavə olaraq 130-a yaxın qazi 530-dan çox reabilitasiya vasitəsi ilə təmin olunub.

Nazirlər Kabinetinin 13 yanvar 2021-ci il tarixli Qərarı ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin sədrliyi ilə yaradılan komissiya tərəfindən isə hərbçilərin tibbi-sosial ekspertizasının əyani müayinə keçirməklə, operativ, vaxtında, keyfiyyətlə və mərkəzləşmiş şəkildə aparılması üçün müvafiq işlər görülür.

Görüş zamanı mərkəzdə sosial-psixoloji reabilitasiya kursu başa çatmaqda olan qazimiz - döyüşlərdə qəlpə yarası almış Cəfərov Samir İlham oğlunun doğum günü olduğu bildirilib və onun ad günü qeyd edilib. Agentlik sədri, mərkəzin kollektivi, qazi yoldaşları ona xoş arzularını ifadə ediblər.

Görüşdən sonra Agentliyin sədri göstərilən sosial-psixoloji reabilitasiya xidmətlərini nəzərdən keçirib.

S.Xankişiyeva

 

 

Paylaş:
370

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər