TƏBİB: Karantin rejimi yenidən sərtləşdirilə bilər | 1news.az | Xəbərlər
Cəmiyyət

TƏBİB: Karantin rejimi yenidən sərtləşdirilə bilər

17:53 - 05 / 05 / 2020
TƏBİB: Karantin rejimi yenidən sərtləşdirilə bilər

“Əgər situasiya pisləşməyə doğru getsə, regional və ya daha geniş miqyasda karantin rejimi sərtləşdirilə bilər”.

1news.az-ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

“Biz yenidən xalqa müraciət edirik ki, karantin rejiminin daha da yumşaldılmasını istəyirik, sərtləşməsini istəmirik. Bizim üçün önəmli olan insanların sağlamlığıdır. Qaydalara əməl etməklə karantindən çıxmaq olar. Təəssüf ki, biz bu gün görürük ki, qaydalara heç kim riayət etmək istəmir. Rəqəmlər də onu göstərir ki, vəziyyət pisləməyə doğru gedir”.

Y.Qarayeva əlavə edib ki, ölkədə yeni yoluxma halları həm Bakıda, həm də regionlarda müşahidə edilib.

“Yumşaldılma tədbirlərinin tətbiq edildiyi ərazilərdə də yoluxma sayı artarsa, karantin tədbirləri yenidən sərtləşdirilə bilər”.

Bu günün statistikası: Koronavirusa yoluxanların sayı kəskin artıb, 28 nəfər sağalıb

S.Xankişiyeva

 

 

 

Paylaş:
751

Son xəbərlər

Bütün xəbərlər