TƏBİB sədri:  Azərbaycanda 82 yaşlı şəxs koronavirusdan sağalıb | 1news.az | Xəbərlər
Cəmiyyət

TƏBİB sədri:  Azərbaycanda 82 yaşlı şəxs koronavirusdan sağalıb

18:55 - 08 / 04 / 2020
TƏBİB sədri:  Azərbaycanda 82 yaşlı şəxs koronavirusdan sağalıb

“Bizim 2 yaşından 90 yaşına qədər pasientlərimiz var”.

1news.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı deyib:

“Sağalanlar arasında 82 yaşlı xəstəmiz var. Bu halı xüsusilə qeyd etmək istəyirəm ki, orqanizmin virusa qarşı immun cavabı hüceyrəvi hüceyrəvi immun cavablar dediyimiz mexanizmlə baş verir. Orqanizmin verdiyi cavabdan aslı olaraq xəstəliyin gedişatı fərdiləşir. Bu baxımdan xəstəliyin ağır simtomlarla  keçməsi bütün yaş dövrlərini əhatə edə bilər və bizim təcrübələrimiz də, beynəlxalq təcrübələr də bunu göstərir.

Bizdə ki, ölüm halları ilə bağlı təcrübələr göstərir ki, yanaşı gedən xəstəlikləri olanlar vəfat edir. Bizdə də vəfat edənlərin hamısı yanaşı gedən ağır onkoloji, ürək-damar, auto-immun (revmatolojo) və s. Xəstəlikləri olub, əlavə təsirləri çox yüksək olan dərman qəbul edə şəxslərdi” – deyə R.Bayramlı fikirlərinə əlavə edib.

Qafar Ağayev

Paylaş:
831

Son xəbərlər

Bütün xəbərlər