“The Guardian”: Eldar Mahmudovun ailəsi İngiltərədə 100 milyonluq biznesə sahibdir | 1news.az | Xəbərlər
Siyasət

“The Guardian”: Eldar Mahmudovun ailəsi İngiltərədə 100 milyonluq biznesə sahibdir

19:42 - 31 / 05 / 2020
“The Guardian”: Eldar Mahmudovun ailəsi İngiltərədə 100 milyonluq biznesə sahibdir

Azərbaycanın keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun övladları İngiltərədə lüks daşınmaz əmlaka, o cümlədən Londonun ən məşhur mağazası olan Harrods yaxınlığında 17 milyon funt-sterlinqlik evə sahibdirlər.

İngiltərənin “The Guardian” qəzeti yazır ki, belə məlumatlar istintaq nəticəsində məlum olub.

2015-ci ildə Prezidentin imzaladığı sərəncamla Eldar Mahmudov Azərbaycanın milli təhlükəsizlik naziri vəzifəsindən uzaqlaşdırıldı.

Keçən ilin noyabr ayında Cayman National Bank-ın (bundan sonra - CNBIOM) məlumat bazasının sındırılması nəticəsində Eldar Mahmudovun ailəsinin Men adasında (Britaniyada tax-tac ərazisi) təxminən 100 milyon avro dəyərində biznes-əmlak imperiyası yaratdığı ortaya çıxıb.

Demək olar ki, aktivlərinin hamısı Mahmudovun oğlu – 36 yaşlı Anar, həmçinin 31 yaşlı qızı Nərgizlə əlaqəli şirkətlər hesabına əldə edilib.

Sənədlərdən aydın olur ki, 2016-cı ilin iyun ayında bankdakı tənzimləmə qaydalarına cavab verən menecer, Britannia Group Ltd ilə əlaqəli "əlaqəli təşkilatlar" şəbəkəsi haqqında daxili istifadə üçün qeydlər edib. Onların hamısı Eldar Mahmudovun şirkətləri idi.

"Əməliyyatlara baxmadan da bu hesabla bağlı ciddi narahatlığım var”, - həmin vaxt menecer yazıb.

Növbəti ay, bank adanın maliyyə kəşfiyyat qrupuna müştəri məlumatlarını açıqlayır. Bildirilir ki, 2014-cü ilin oktyabrından 2015-ci ilin iyulunadək Anar Mahmudov Britannia Group Ltd-nin hesablarına ümumilikdə 14 milyon funt-sterlinq depozit qoyub.

Bir neçə təşkilatın jurnalistləri - Organized Crime and Corruption Reporting Project, Finance Uncovered and Transparency International - tərəfindən aparılan birgə araşdırma göstərir ki, Eldar Mahmudovun övladlarının "əlaqəli şirkətlər" vasitəsi ilə əldə etdikləri obyektlərin arasında İngiltərənin sahil kurort şəhərlərində - Pul və Bornmutda ümumi dəyəri 13,5 milyon funt-sterlinq olan iki ofis binası var.

"The Guardian"ın yazdığına görə, istintaq, həmçinin Anar Mahmudovun 17,35 milyon funt-sterlinq dəyərində, Londonun Naytsbric ərazisindəki Pont küçəsindəki dördmərtəbəli binaya sahib olduğu ortaya çıxıb.

Məlumdur ki, Anar Mahmudovun qayınanası – Zamirə Hacıyeva Harrods mağazasında 16 milyon funt-sterlinqdən çox pul xərcləyib və onun həyat yoldaşı, Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyev 2015-ci ildə dövlət əmlakını mənimsəmə ittihamı ilə həbs olunub və hazırda həbsdədir.

Cahangir Hacıyev həbsxanaya göndərildikdən və Eldar Mahmudov vəzifəsindən uzaqlaşdırıldıqdan sonra CNBIOM Bank sonuncularla əlaqəli olan bütün hesabları bağlayıb.

"İndi tam şəffaflığı təmin etmək və bütün bu vəsaitlərin mənbəyini araşdırmaq vacibdir”, deyə Transparency International-ın İngiltərə filialında siyasət üzrə direktoru Dunkan Heym bildirib.

Fotoda: Eldar Mahmudovun oğlu və qızı, 2013-cü il.

Anar və Nərgiz Mahmudovların vəkilləri Finance Uncovered nəşrinə verdiyi müsahibədə, ailənin maddi qaynaqlarının mənbəyini XIX əsrdə varlanmış əcdadları Aslan Aşurovdan gəldiyini qeyd ediblər. Vəkillərin sözlərinə görə, Eldar Mahmudovun oğlu və qızının əmlakları müvafiq qaydada qeydiyyata alınıb və Anar Mahmudov uğurlu iş adamıdır.

“The Guardian” yazır ki, məlumatların sızması nəticəsində Anar Mahmudovun gəlirlərinin mənşəyi bibisi – Bakıda tikinti şirkəti quran Elmira Mahmudovadan keçməsini izah edən məktub da var.

İstintaq müəyyən edib ki, Mahmudovlar ailəsi Mallorka, Lüksemburq və Litvadakı əmlak və şirkətlərə də sahibdirlər.

CNBIOM Bank verdiyi açıqlamada "çirkli pulların yuyulması ilə əlaqədar öhdəliklərini bildiyini... və şübhəli əməliyyatlar və cinayət araşdırmaları ilə əlaqədar səlahiyyətlilərlə hər zaman tam əməkdaşlıq etdiyini” bildirilib.

Eldar Mahmudovun vəkili isə jurnalistlərlə ünsiyyət saxlamır.

Tərcümə: S.Xankişiyeva

 

 

 

Paylaş:
2827

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər