1news.az

Tusk "erməni soyqırımı" abidəsini ziyarət etməyib

15 İyul saat 10:14 ~ 1 dəqiqəlik oxu 280
Tusk

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk İrəvanda səfərdə olarkən qondarma “erməni soyqırımı” abidəsini ziyarət etməməsi erməniləri məyus edib.

1news.az “168 jam”a istinadla xəbər verir ki, ümumilikdə Ermənistanda Tuskun səfərindən narazı qalıblar.

Nəşr yazır ki, ölkəyə səfər edən hər bir rəsmi şəxs, qonaq qəbul edilmiş protokol ənənəsinə uyğun olaraq “erməni soyqırımı” abidəsini ziyarət edir: 

"Tuskun timsalında isə  bu, "qanunauyğunluq" pozulub, çünki avropalı rəsmi xatirə kompleksini ziyarət etməyib və qurbanların xatirəsinə öz ehtiramını bildirməyib".

Səfər Ermənistanda tamamilə bir protokol səfəri kimi qiymətləndirilir.

“Bu səfəri səlahiyyətlilərin və onları dəstəkləyən mətbuatın təbliğat manipulyasiyasından fərqli olaraq  "tarixi" və "fövqəladə" olaraq xarakterizə etmək olmaz. Tuskun Ermənistana səfəri fiaskoya uğradı və bu, adi bir ziyarət idi.

Mətbuat konfransı zamanı jurnalistlər sual vermək hüququndan məhrum edildilər. Buna səbəb isə hakimiyyətin bəzi media nümayəndələrinin “xoşagəlməz” suallar hazırladığı barədə məlumat alması olub.

Xüsusən, Ermənistandakı son hadisələr-siyasi təqib, söz və mətbuat azadlığına qarşı hərəkətlər, sabiq prezident Robert Koçaryanın həbs edilməsi, məhkəmələrin bloklanması, bütün bunlar erməni hakimiyyətini bu cür davranmağa sövq edib", deyə "168 jam" yazıb.

P.Sultanova

 

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Ermənistan BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net