United Sport MFL 2018/19-da möhtəşəm final: “Rulewave Baku” “Sirena Motors”a qarşı | 1news.az | Xəbərlər
Futbol

United Sport MFL 2018/19-da möhtəşəm final: “Rulewave Baku” “Sirena Motors”a qarşı

12:30 - 04 / 06 / 2019
United Sport MFL 2018/19-da möhtəşəm final: “Rulewave Baku” “Sirena Motors”a qarşı

Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan United Sport MFL 2018/19-un qalibinin adının elan olunmasına sayılı günlər qalıb.

1news.az-ın məlumatına görə, gərgin mübarizə şəraitində keçən, bir-birindən maraqlı oyunlarla zəngin olan daha bir mövsüm başa çatmaq üzrədir.

Mövsümün həlledici final matçında sərgilədikləri baxımlı oyunla bütün rəqiblərini qabaqlamağı bacarmış Liqanın ən güclü iki komandası - “Rulewave Baku” və “Sirena Motors” komandaları qarşılaşacaq.

İyunun 9-da“MFL Arena”da baş tutacaq həlledici görüş saat 20:00-da başlayacaq.

Bir faktı nəzərinizə çatdıraq ki, “Rulewave Baku” komandasının konferensiya oyunlarında məğlub olduğu yeganə komanda “Sirena Motors”dur. Bu amil final oyununa marağı daha da artırır. Belə ki, “Rulewave Baku” qalib gələcəyi təqdirdə turnirin qalibi olmaqla yanaşı “Sirena Motors”dan aldığı məğlubiyyətin də əvəzini çıxmış olacaq.

“Sirena Motors” isə qalib gələrsə, çempion adını qazanmaqla yanaşı “Rulewave Baku” üzərində əvvəlki qalibiyyətin təsadüfi olmadığını sübut edəcək.

Həmin gün 3-cü yerin sahibinin adına da aydınlıq gələcək. Təsəlliverici görüşdə “Beerbaşa” ilə “Kapital Bank” komandaları üz-üzə gələcək. Bu qarşılaşma final oyunundan əvvəl, saat 19:00-da start götürəcək.

Final matçından sonra təltifetmə mərasimi olacaq. Mövsümün qalibi 10.000 manat, ikinci yeri tutan komanda 200 manat qazanacaq. 3-cü yeri tutan komanda isə növbəti mövsümdə turnirdə ödənişsiz iştirak şansı qazanacaq.

Həmçinin, fərdi mükafatlar da öz sahibini tapacaq. Belə ki, mövsümün ən yaxşı oyunçusu 400 manat, bombardir 300 manat, simvolik komanda - 6 nəfərin hər birinə 300 manat, ən yaxşı assister və ən yaxşı qapıçının hər birinə isə 200 manat mükafat veriləcək.

“Fair Play” mükafatı ilə təltif edilən komanda isə gələn mövsüm 50 faiz ödəniş haqqındana zad olunacaq.

Beləliklə, United Sport MFL 2018/19-da məhtəşəm final oyununu izləmək, birlikdə futbol həyəcanını yaşamaq, küçələrdən meydanlara gətirilən futbol kultunun bir hissəsi olmaq istəyən hər kəsi iyunun 9-da “MFL Arena”da gözləyirik.

1news.az

Paylaş:
715

Sizin üçün xəbərlər

Son xəbərlər

Qarabağda fəaliyyət göstərən sahibkarlara maliyyə yardımı ilə bağlı müraciətlər elektronlaşdırılıb01 / 05 / 2024, 17:49Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda təmsil olunub01 / 05 / 2024, 17:46Avropa çempionatına ilk dəfə azərbaycanlı nümayəndə təyinat alıb01 / 05 / 2024, 17:44Vilayət Eyvazov Yardımlıda qəbul keçirəcək01 / 05 / 2024, 17:34Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb01 / 05 / 2024, 17:28İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib - YENİLƏNİB 201 / 05 / 2024, 17:17Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib - VİDEO01 / 05 / 2024, 16:49Dağlıq ərazilərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA01 / 05 / 2024, 16:48COP29-un rəsmi saytı istifadəyə verilib01 / 05 / 2024, 16:47Motosikletlə dünya səyahətinə çıxan baykerlər Bakı Limanına çatıb01 / 05 / 2024, 16:39Azərbaycan Prezidenti KAICIID-in Baş katibini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 16:36İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib01 / 05 / 2024, 16:35Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib01 / 05 / 2024, 16:20İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:47Kəlbəcərdə yük maşını aşıb, Türkiyə vətəndaşı ölüb01 / 05 / 2024, 15:37Prezident: Azad edilən ərazilərdə yeni məscidlər inşa edilir, dağıdılanların isə bərpa olunur01 / 05 / 2024, 15:35Prezident Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:33Prezident TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:21Qaradağda neft məhsulları tullantıları olan quyudan meyit tapılıb01 / 05 / 2024, 15:10Prezident ipoteka haqqında qanunu təsdiqlədi01 / 05 / 2024, 14:57
Bütün xəbərlər