ÜST Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat verib | 1news.az | Xəbərlər
Cəmiyyət

ÜST Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat verib

16:12 - 22 / 10 / 2020
ÜST Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat verib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat verib.

ÜST-nin Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, təşkilat Dağlıq Qarabağ və ətraf bölgələrdə hərbi əməliyyatların eskalasiyası ilə bağlı öz narahatlığını bildirir.

Bəyanatda bildirilir ki, sentyabr ayının sonundan etibarən başlayan toqquşmalar nəticəsində on minlərlə mülki vətəndaş öz yurdundan didərgin düşüb, yüzlərlə insan yaralanıb və xeyli sayda şəxs həlak olub:

"Biz münaqişədən zərər çəkən hər bir ailəyə, cəmiyyətin hər bir üzvünə öz dəstəyimizi ifadə edirik. Hərbi əməliyyatlar COVID-19-a yoluxma sayının artmasına böyük təsir göstərir. Davamlı toqquşmalar nəticəsində insanların bir yerdən digərinə köçü əhalinin sağlamlığı ilə bağlı vəziyyətin pisləşməsinə səbəb olacaq. Münaqişə, pandemiya səbəbindən yükü artan səhiyyə sistemini daha da yükləməklə onun işinə birbaşa mənfi təsir göstərir. Bu, ÜST-nin Avropa regionunda COVID-19-a yoluxma hallarının sayının artmağa davam etdiyi bir vaxta təsadüf edir. Ümumdünya Səhiyyə Təşkilatı indiyə qədər müşahidə edilməmiş bu ictimai səhiyyə təhdidindən qorunmaq üçün vaxt itirməməyə və səyləri artırmağa çağırır".

Bəyanatda daha qeyd edilir ki, ÜST münaqişə tərəflərini beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq mülki şəxsləri, həmçinin yaralılara və xəstələrə qulluq edilən tibb müəssisələrini qorumağa çağırır. COVID-19 pandemiyası zamanı bütün tibb işçilərinin zorakılıqdan qorunması onların pandemiyaya qarşı mübarizə tədbirlərini davam etdirə bilməsi üçün xüsusilə vacibdir.

Hərbi əməliyyatların dərhal dayandırılması təməl insan hüququ olan səhiyyə xidmətlərindən istifadə imkanın davamlılığı üçün vacibdir.

1news.az

Paylaş:
354

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər