Vaksinasiyadan sonra da qorunma tədbirlərinə ciddi əməl etməliyik - TƏBİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Vaksinasiyadan sonra da qorunma tədbirlərinə ciddi əməl etməliyik - TƏBİB

11:52 - 16 / 01 / 2021
Vaksinasiyadan sonra da qorunma tədbirlərinə ciddi əməl etməliyik - TƏBİB

Hər kəs sual verir ki, vaksin vurduran insan yaxınları üçün təhlükə yarada bilməz. Vaksin orqanizmə vurulan kimi insanı qorumur. Vaksinasiyadan bir müddət sonra orqanizmdə qoruyucu maddələr əmələ gəlməyə başlayır. Bu, həmişə belə olur.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, ölkəmizdə 7-9 milyon insan hələ virusa yoluxmayıb, amma onlar da virusa yoluxa bilərlər:

“Hər kəs özünə sual verəcək ki, mən niyə peyvəndi vurdurmalıyam. Biz hələ yayda fikirləşirik ki, hər kəs yoluxdu, bitdi, amma sonra gördük ki, bu, belə deyil. Hər kəs vaksinasiyaya ciddi yanaşmalıdır. Vaksinasiyanın aparılması nəticəsində risk qrupunda olan, ağırlaşan insanların sayı azaldılmalıdır. Amma qospitalizasiya edilə bilən insanlar yetərincə olur, ona görə də biz qapanmalara getməli oluruq. Hər kəs öz məsuliyyətini başa düşməlidir. Bizim hədəflərimiz yaşlılar və xroniki xəstəliyi olanlardır”.

Y.Qarayeva əlavə edib ki, 70-80 faiz əhali bu xəstəliyi ağır keçirə bilər.

“Birinci dozanı vurduran insanlar xəstəliyi yüngül keçirərlər, amma biz tam istədiyimiz nəticəni almaya bilərik. Buna görə də hər birimiz bu amili ciddi nəzərə almalıyıq və qorunma tədbirlərinə ciddi şəkildə əməl etməliyik”.

S.Xankişiyeva

 

Paylaş:
357

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər