Xorvatiyanın XİN rəhbəri Bakıya gəlir
Xorvatiya Respublikasının baş nazirinin müavini və xarici və Avropa əlaqələri naziri Mariya Peyçinoviç Buriç aprelin 28-də Bakıya rəsmi səfər edəcək.
Bu barədə 1news.az-a Xorvatiyanın Bakıdakı səfirliyindən məlumat verilib.
Səfər çərçivəsində xanım nazirin və Azərbaycanın iqtisadiyyat nazirinin iştirakı ilə aprelin 29-da Xorvatiya-Azərbaycan biznes forumu keçiriləcək.
Həmin gün Bakıda Xorvatiya səfirliyinin açılış mərasimi olacaq.
P.Sultanova
655