1news.az

Zibil atmağa gedərkən SMS-lə icazə almağa ehtiyac yoxdur – RƏSMİ AÇIQLAMA

3 Aprel saat 17:43 ~ 1 dəqiqəlik oxu 514
Zibil atmağa gedərkən SMS-lə icazə almağa ehtiyac yoxdur – RƏSMİ AÇIQLAMA

Daxili İşlər Nazirliyi vətəndaşların maska və əlcəkdən istifadə etməməsinə görə cərimə olunması haqda yayılan məlumatlara münasibət bildirib.

1news.az-ın verdiyi xəbərə görə, nazirlik rəsmisi Ehsan Zahidov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, vətəndaşlar yalnız karantin qaydalarını pozduğuna görə, zərurət olmadan evdən çıxdığına görə cərimə olunur:

"Vətəndaşlar maska və əlcəkdən istifadə etməməyə görə cərimə olunmur. Sadəcə polis əməkdaşları həmin şəxsləri saxlayıb tövsiyə edir ki, özlərinin və yaxınlarının sağlamlığı üçün maska və əlcəkdən istifadə etsinlər. Əlcək və maskadan istifadə etməməyə görə cərimə yoxdur.

Tibbi maska taxmayanların cərimələnməməsi o demək deyil ki, vətəndaşlar tibbi maska taxmadan ictimai yerdə gəzə bilər.

Biz vətəndaşlardan tələb edirik və bildiririk ki, tibbi maska və əlcəkdən istifadə etmək mütləqdir. Hər kəs karantin rejiminin tələblərinə riayət etməlidir".

E.Zahidov qeyd edib ki, məişət tullantılarını atarkən icazə almaq lazım deyil:

"Evdən çıxmağa görə icazə ən yaxındakı marketə getməyə də aiddir və iki saat ərzində geri qayıtmalıdırlar. Amma zibil atmağa gedərkən icazə almağa ehtiyac yoxdur. Vətəndaş zibili atıb geri qayıtmalıdır".

S.Xankişiyeva

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net