Dünya Azərbaycanlılarının Köln Forumu keçiriləcək | 1news.az | Xəbərlər
Siyasət

Dünya Azərbaycanlılarının Köln Forumu keçiriləcək

09:56 - 03 / 11 / 2016
Dünya Azərbaycanlılarının Köln Forumu keçiriləcək

Dünya Azərbaycanlıları Assambleyasının  (DAA) təşkilatçılığı ilə 4 fevral 2017-ci ildə Dünya Azərbaycanlılarının Köln Forumunu keçiriləcək.

Bu haqda 1news.az-a məlumat verən DAA-nın prezidenti Rəşad Quliyev bildirib ki, tədbir Almaniyanın Köln şəhərində təşkil olunacaq.

Assambleyanın prezidenti bildirib ki, tədbirdə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı diaspor fəalları ilə yanaşı, Almaniyada fəaliyyət göstərən siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının təmsilçilərinin, millət vəkillərinin, bir sıra beynəlxalq qurumların nümayəndələri iştirak edəcək. Forumun ilk iki saatında “Vision of Azerbaijan” (Azərbaycanın mənzərəsi) adı altında Azərbaycan musiqisi, tarixi, mədəniyyəti, mətbəxi, incəsənəti, turist bölgələrinin təqdimatı olacaq.

Daha sonra bu il almanların Azərbaycana köç etməsinin 200 illi tamam olduğu üçün forumda həmin hadisəyə həsr olunan film nümayiş olunacaq. Bundan başqa, “Mədəniyyətlər və dinlərarası dialoq: Azərbaycan nümunəsi” mövzusunda müzakirələr nəzərdə tutulub. Forumda müzakirə olunacaq digər məsələlər bunlardır:

- Dünya azərbaycanlılarının durumu, problemləri, onların həlli yolları, qarşıda duran vəzifələr. Gürcüstan, İran, Dərbənddə, İraqda,  eləcə də başqa ölkələrdə kompakt yaşayan soydaşlarımızın vəziyyəti;

- Qarabağ məsələsi və beynəlxalq təşkilatların mövqeyi;

- DAA-nın fəaliyyət strategiyasının, proqramının hazırlanmasına dair müzakirələr, diskussiyaların həyata keçirilməsi.

Toplantıya Azərbaycan hökumət nümayəndələri, Diaspora Komitəsi rəhbərliyi, millət vəkilləri və bir sıra fəal ictimai-siyasi qurumların təmsilçiləri də dəvət olunacaqlar.

Bu forumun digər məqsədi dünyaya yayılmış soydaşlarımızın yaşadıqları ölkələrə inteqrasiya prosesi ilə tanış olmaq, bu istiqamətdə bir sıra məslələri müzakirə etmək, bundan başqa, Azərbaycan təşkilatlarının bir-biriləri ilə sıx qarşılıqlı əlaqələrin yaranmasına töhfə vermək, onları birgə fəaliyyət təşəbbüskarlığına həvəsləndirməkdir.

Forumda iştirak etmək istəyənlər aşağıdakı e-mail ünvana müraciət edə bilər:

[email protected]  

1news.az

Paylaş:
1105

Son xəbərlər

AFFA-nın İcraiyyə Komitəsinin yeni qərarları açıqlanıbBu gün, 13:06Gəncədə fəaliyyət göstərən marketdə nöqsanlar aşkar olunubBu gün, 12:58Hikmət Hacıyev: Soçi görüşünün nəticələri Azərbaycan tərəfindən müsbət qiymətləndirilirBu gün, 12:55Sabahın hava proqnozu açıqlanıbBu gün, 12:50Bakıda bayram çadırlarının quraşdırılmasına başlanıldıBu gün, 12:42Bakı sakininin evindən silah çıxdıBu gün, 12:37Prezident İlham Əliyev BƏƏ Prezidentini təbrik edibBu gün, 12:29Azərbaycan neftinin qiyməti 73 dollara yaxınlaşırBu gün, 12:18Dövlət Xidmətinin rəisi UNESCO-nun iclasında Ermənistanının təxribat xarakterli çıxışlarına cavab verib – FOTOBu gün, 12:10Regionlarda vahid əlaqələndirmə mərkəzləri işə başlayacaqBu gün, 12:012022-ci ildə Novruz, Ramazan və Qurban bayramlarına görə bu tarixlər qeyri-iş günü olacaqBu gün, 11:50Prezidentin köməkçisi: Xalqların birgə yaşaması üçün sülh çox vacibdirBu gün, 11:46Binəqədidə qanunsuz heyvan kəsimi məntəqəsi aşkarlanıb - FOTOBu gün, 11:42Kontakt Home işarət dili bilən əməkdaş axtarır - VAKANSİYABu gün, 11:40Biz sülhə təşviq edirik ki, mədəniyyət yenidən canlansın - Anar KərimovBu gün, 11:33Bakıda “Mədəniyyət naminə sülh” Tərəfdaşlar Forumu keçirilirBu gün, 11:23ATƏT PA-nın Stokholmda keçirilən büro iclasında Azərbaycandan Türkiyəyə dəstəkBu gün, 11:19DSX-nin şəhid zabiti Beyləqanda dəfn edilir - FOTOBu gün, 11:18Hikmət Hacıyev: Bizim əsas məqsədimiz dayanıqlı sülhü təmin etməkdirBu gün, 11:15Agentlik sədri: “Hazırda Azərbaycana 60-dan çox ölkə vətəndaşı səfər edə bilər”Bu gün, 11:04
Bütün xəbərlər

Next TV