Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü Strasburqda qeyd edilib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü Strasburqda qeyd edilib – FOTO

10:31 - 21 / 10 / 2019
Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü Strasburqda qeyd edilib – FOTO

Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyində  "18 oktyabr - Dövlət Müstəqilliyi Günü" münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycan icmasının üzvləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. 

1news.az-ın verdiyi xəbərə görə, Azərbaycan Respublikası Dövlət Himninin səslənməsinin ardınca, tədbirdə çıxış edən daimi nümayəndə Fəxrəddin İsmayılov 1991-ci ildə dövlət müstəqilliyinin bərpa edilməsinin çağdaş tariximizin parlaq səhifəsi olduğunu bəyan edib.

O, 28 il ərzində keçilən yola nəzər salaraq, Azərbaycanın üzləşdiyi çətinliklər, xüsusən Ermənistanın təcavüzü nəticəsində ərazilərimizin işğal edilməsi, bir milyondan artıq əhalinin məcburi köçkün və qaçqına çevrilməsinə baxmayaraq, ölkəmizin böyük tərəqqi yolu keçdiyini söyləyib. Daimi nümayəndə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörən qərarları nəticəsində, dövlətçiliyimizin möhkəmləndirildiyini, müasir ordu qurulduğunu və iqtisadiyyatın inkişaf etdirildiyini vurğulayıb. F.İsmayılov bildirib ki, Prezident İlham Əliyevin başçılığı ilə həyata keçirilən dərin islahatlar ölkədə sabit siyasi sistemi təmin etməyə, əhalinin sosial rifahını daima artırmağa, Respublikamızın həm regional, həm də qlobal səviyyədə nüfuzunu yüksəltməyə imkan verib.

Təbdirdə həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 may 2019-cu il tarixli Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilmiş Fransada Azərbaycan diasporunun üzvü, ölkəmizlə bağlı çoxsaylı yazıların müəllifi Şirin Melikoffa, Azərbayan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin müvafiq həvaləsi əsasında, medalın təqdimetmə mərasimi olub.

Təltifə görə ölkə rəhbərliyinə dərin minnətdarlığını ifadə edən Ş.Melikoffa ilk dəfə Azərbaycana 1970-ci illərdə getdiyini və o zamandan etibarən davamlı olaraq ölkəmizlə təmasda qaldığını bildirib. O, hətta bir çox tarixi hadisələrin, o cümlədən 20 yanvar faciəsi günləri və 1991-ci il 18 oktyabrda Azərbaycanda olduğunu bildirərək, öz xatirələrini bölüşüb.

Qeyd olunmalıdır ki, XX əsrin əvvəllərində Fransaya köç etmiş Azərbaycan mühacir nəslinin nümayəndəsi olan Ş.Melikoffun anası İren Melikoff da uzun illər Azərbaycan daxil olmaqla, türk dünyası ilə bağlı araşdırmaları ilə tanınıb. 

S.Xankişiyeva

Paylaş:
495

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər