Texasda baş verən sel fəlakətində ölənlərin sayı 104-ə yüksəlib | 1news.az | Xəbərlər
Dünya

Texasda baş verən sel fəlakətində ölənlərin sayı 104-ə yüksəlib

Qafar Ağayev10:19 - Bu gün
Texasda baş verən sel fəlakətində ölənlərin sayı 104-ə yüksəlib

ABŞ-ın Texas ştatında baş verən güclü sel fəlakətində ölənlərin sayı 104 nəfərə çatıb.

1news.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, təbii fəlakət zamanı ən çox itki Kerr bölgəsində qeydə alınıb. Məlumata görə, burada 28-i uşaq olmaqla 84 nəfər həyatını itirib.

Axtarış-xilasetmə işləri davam etdirilir. Rəsmilər hava şəraitinin yaxın günlərdə də təhlükəli ola biləcəyini bildirərək sakinləri ehtiyatlı olmağa çağırıb.

Paylaş:
75

Son xəbərlər

Bütün xəbərlər