Bakıda “E-Commerce & Travel – 2019” adlı geniş konfrans keçirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda “E-Commerce & Travel – 2019” adlı geniş konfrans keçirilib

16:30 - 19 / 09 / 2019
Bakıda “E-Commerce & Travel – 2019” adlı geniş konfrans keçirilib

Sentyabrın 19-da “Sheraton Baku Airport” otelində turizm sektorunda e-ticarət mövzusuna həsr edilmiş geniş "e-Commerce & Travel - 2019" konfransı keçirilib.

1news.az-ın məlumatına görə, tədbir “Azərbaycan Hava Yollları”nın baş tərəfdaşlığı, “Smart Solutions”, “Amadeus” və “Silk Way Travel” şirkətlərinin təşkilati dəstəyi sayəsində baş tutub. Konfransda müxtəlif ölkələrdən ümumilikdə 250 nəfər iştirak edib.

Tədbirdə AZAL-ın vitse-prezidenti Eldar Hacıyev giriş nitqi ilə çıxış edərək son illərdə Azərbaycanda mülki aviasiya və turizm sahələrində əldə olunan nailiyyətləri vurğulayıb.

“Azərbaycanın ərazisinin kiçik olmasına baxmayaraq, paytaxt və regionlarımızda beynəlxalq standartların bütün tələblərinə cavab verən altı beynəlxalq aeroportun fəaliyyət göstərməsi və milli aviadaşıyıcılarımızın marşrut şəbəkəsinin daima genişlənməsi ölkəmizə turistlərin axını üçün geniş imkanlar yaradır”- deyə, E.Hacıyev qeyd edib.

Konfransda həmçinin AZAL sərnişin aviaşirkətinin direktoru Cəmil Mənizadə, Azərbaycanın aşağı büdcəli aviaşirkəti “Buta Airways”in direktoru Nazim Səmədov və Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov təqdimatlarla çıxış ediblər.

Tədbirdə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA), Azərbaycan Turizm Bürosunun, Azərbaycan Dəmir Yollarının, Azərbaycanın ən böyük turizm şirkətlərinin və turizm və aviasiya sektorlarında elektron xidmətlərin aparıcı təchizatçı şirkətlərinin nümayəndələri iştirak edərək bu sahədəki ən son yeniliklər və imkanlar barəsində məlumat veriblər.

“e-Commerce & Travel” forumu çərçivəsində spikerlər həmçinin panel müzakirələr formatında da müzakirələr aparıblar.

Konfransın nəticəsi kimi iştirakçılar qarşılıqlı razılıqlar əldə edib, həmçinin turizm sənayesinin müxtəlif sahələrində gələcək əməkdaşlıq planlarını müzakirə ediblər.

1news.az

Paylaş:
641

Son xəbərlər

Qarabağda fəaliyyət göstərən sahibkarlara maliyyə yardımı ilə bağlı müraciətlər elektronlaşdırılıb01 / 05 / 2024, 17:49Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda təmsil olunub01 / 05 / 2024, 17:46Avropa çempionatına ilk dəfə azərbaycanlı nümayəndə təyinat alıb01 / 05 / 2024, 17:44Vilayət Eyvazov Yardımlıda qəbul keçirəcək01 / 05 / 2024, 17:34Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb01 / 05 / 2024, 17:28İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib - YENİLƏNİB 201 / 05 / 2024, 17:17Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib - VİDEO01 / 05 / 2024, 16:49Dağlıq ərazilərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA01 / 05 / 2024, 16:48COP29-un rəsmi saytı istifadəyə verilib01 / 05 / 2024, 16:47Motosikletlə dünya səyahətinə çıxan baykerlər Bakı Limanına çatıb01 / 05 / 2024, 16:39Azərbaycan Prezidenti KAICIID-in Baş katibini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 16:36İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib01 / 05 / 2024, 16:35Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib01 / 05 / 2024, 16:20İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:47Kəlbəcərdə yük maşını aşıb, Türkiyə vətəndaşı ölüb01 / 05 / 2024, 15:37Prezident: Azad edilən ərazilərdə yeni məscidlər inşa edilir, dağıdılanların isə bərpa olunur01 / 05 / 2024, 15:35Prezident Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:33Prezident TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:21Qaradağda neft məhsulları tullantıları olan quyudan meyit tapılıb01 / 05 / 2024, 15:10Prezident ipoteka haqqında qanunu təsdiqlədi01 / 05 / 2024, 14:57
Bütün xəbərlər