Azərbaycan və Özbəkistan elektrotexnika, cihazqayırma sahələrində əməkdaşlığı genişləndirir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan və Özbəkistan elektrotexnika, cihazqayırma sahələrində əməkdaşlığı genişləndirir

11:50 - 30 / 04 / 2024
Azərbaycan və Özbəkistan elektrotexnika, cihazqayırma sahələrində əməkdaşlığı genişləndirir

Azərbaycan və Özbəkistan elektrotexnika, cihazqayırma sahələrində əməkdaşlığın inkişafı barədə müzakirə aparıblar.

1news.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazir müavini Səməd Bəşirlinin Özbəkistanın “Uzeltexsanoat” Assosiasiyasının İdarə Heyətinin sədri Mirziyod Yunusov, “Artel” və “AKFA” şirkətlərinin nümayəndələri ilə keçirdiyi görüşdə bildirib.

Görüşdə Azərbaycan-Özbəkistan tərəfdaşlığının və iqtisadi-ticarət əlaqələrinin inkişaf etdiyi vurğulanıb. Qeyd edilib ki, ölkələr arasında ticarət dövriyyəsi artır, qarşılıqlı investisiya qoyuluşları sahəsində əməkdaşlıq genişlənir. Bununla belə, tərəfdaşlığın gücləndirilməsi üçün böyük imkanlar var.

Paylaş:
381

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər