“Cənab Prezident, apardığınız müdrik siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır” – Vətəndaş məktubları | 1news.az | Xəbərlər
Siyasət

“Cənab Prezident, apardığınız müdrik siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır” – Vətəndaş məktubları

20:08 - 20 / 05 / 2020
“Cənab Prezident, apardığınız müdrik siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır” – Vətəndaş məktubları

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Elgün Aslanovdan, Gəncə, Azərbaycan

“Hörmətli cənab Prezident.

Bəşəriyyətin bəlasına çevrilmiş COVID-19 virusu Azərbaycanımızdan da yan keçmədi. Belə ağır günlərdə xalqımızın yanında olmaqla bir daha sübut etdiniz ki, Siz hər bir azərbaycanlının Prezidentisiniz. Siz öz köməyinizi, qayğınızı bizlərdən, xalqımızdan əsirgəmədiniz. Biz əminik ki, müdrik qərarlarınız sayəsində ölkəmiz koronavirus pandemiyası ilə mübarizdən üzüağ çıxacaq və biz firavan həyatımıza davam edəcəyik.

Cənab Prezidentimiz, xalqımızın rifahı və sağlam gələcəyi, ölkəmizin inkişafı üçün göstərdiyiniz diqqət və qayğıya görə Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürümü bildirirəm”.

Oktay Məmmədzadədən, Gəncə, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Koronavirus infeksiyasına qarşı mübarizədə bütün dünya ölkələri çətinlik çəkir. Sizin uzaqgörənliyiniz və müdrikliyiniz sayəsində bu gün ölkəmiz bu virusla mübarizədə yüksək nəticə göstərir və demək olar ki, biz bu görünməz düşmənə qalib gəlmişik. Sizin iqtisadi və siyasi sahələrdə yürütdüyünüz düzgün siyasət, həyata keçirilən qabaqlayıcı tədbirlər xalqımızın bu bəladan az itkilərlə çıxmasına səbəb oldu. Siz bu çətin pandemiya dövründə də Azərbaycan xalqının sağlamlığını düşünürsünüz. Bizdə Sizinlə fəxr edirik. Cənab Prezident, belə bir vəziyyətdə xalqın yanında olduğunuz üçün Sizə və Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm”.

Maya İbrahimovadan, Bakı, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Siz həmişə olduğu kimi, bu çətin günlərdə də xalqın yanındasınız. Sizin ölkəmizi COVID-19 pandemiyasından qorumaq üçün atdığınız addımları yüksək qiymətləndiririk. Bu çətin günlərdə xalqımıza arxa-dayaq olduğunuz üçün Sizə minnətdarıq. Mən asma xəstəsi və 1-ci qrup gözdən əlil, həmçinin, təqaüdçüyəm. Sizin qayğınız nəticəsində əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün hazırlanmış sosial paketlərdən bütün təbəqələrdən olan insanlar kimi, bizim ailəyə də pay düşüb. Özüm pulsuz dərman və zəruri tibbi ləvazimat ilə təmin olunmuşam.

Cənab Prezident, pandemiyadan əziyyət çəkən aztəminatlı ailələrə, tənhalara, qocalara, pensiyaçılara göstərdiyiniz köməyə görə yaşlı insanlar və təqaüdçülər adından Sizə təşəkkür edirəm. Allahdan Sizə və ailənizə sağlam və uzun ömür diləyirəm”.

Fərid Rəhimlidən, Ağdaş, Azərbaycan

“Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Hər zaman Azərbaycan xalqını düşündüyünüzə, onun qayğısına qaldığınıza, lazım gəldikdə qətiyyətli addımlar atdığınıza görə bir hərbçi və sıravi vətəndaş kimi Sizinlə qürur duyur, fəxr edirəm.

Biz Sizinlə güclüyük və daim güclü olacağıq. Xalqımız üçün etdiyiniz fədakarlığa görə minnətdarlığımı bildirərək hər zaman əmrinizə müntəzir olduğumu bildirirəm”.

Nərmin Nəsirovadan, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Biz məktəblilər Sizin “Evdə qal” çağırışınıza əməl edərək məktəblərə getmədik, dərslərimizə evdə davam etdik, onlayn dərslər keçdik. Evdə qalsaq da, məyus olmadıq. Bilirik ki, Siz bizim sağlam və xoşbəxt böyüməyimiz üçün yorulmadan çalışırsınız. Buna görə də Sizi çox sevirik. Ailə üzvlərimiz də Sizin qərarlarınızı bəyənir və dəstəkləyir. Mən onların adından da Sizə təşəkkür edir, yeni uğurlar arzulayıram”.

Elmira Bağırovadan, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Mən Sizə Xocalı rayonundan olan məcburi köçkünlərin minnətdarlığını çatdıraram.

Bu ağır və çətin günlərdə bizə göstərdiyiniz qayğı misilsizdir. Xalqa göstərdiyiniz bu qayğı heç vaxt unudulmayacaq. Bu fədakarlığınız xalqın Sizə olan inamını daha da artırdı.

Siz bu qayğılı günlərdə bizim yanımızda oldunuz. Biz də həmişə Sizin yanınızda olacağıq. Sizinlə fəxr edirik”.

Nəbi Əsədovdan, Bərdə, Azərbaycan

“Hörmətli cənab Prezident.

Mən bu məktubumla Sizin siyasətinizi dəstəklədiyimi, gördüyünüz işlərlə qürur duyduğumu bildirmək istəyirəm.

Bu çətin günlərdə xalqımızı qoruduğunuza, onun qayğısına qaldığınıza görə Siz mənim Qəhrəmanımsınız.

Mən Şuşadan məcburi köçkün olsam da, Şuşanı görməmişəm. Bərdə rayonunda məskunlaşmışam. Amma əminəm ki, qəhrəman Prezidentimin sayəsində ata-babalarımın yurdu Şuşanı görəcəyəm və orada bayrağımızı dalğalandıranlardan biri olacağam”.

Fərid Zamanovdan, Mingəçevir, Azərbaycan

“Hörmətli cənab Prezident.

Bu günlərdə çıxışınızda Azərbaycanın koronovirusla mübarizədə dünyanın 13 ölkəsinə yardım göstərməsi barədə məlumat verdiniz. Sizi dinləyərkən çox böyük qürur hissi keçirdim.

Əgər bu gün bir sıra ölkələr Azərbaycana yardım üçün müraciət edirlərsə, bu Sizin sayənizdə baş verir. Başqa ölkələrə göndərilən dezinfeksiya vasitələrinin, qoruyucu vasitələrin Azərbaycanda istehsal olunması isə daha da qürurvericidir.

Əlbəttə, bizim yardımlar bir çox insanların həyatını xilas edib. Siz təkcə mənim yox, bütün gənclərin fəxrisiniz. Sizə cansağlığı və işlərinizdə uğurlar arzulayırıq”.

Hacıməmməd Zamanovdan, Masallı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Koronavirus infeksiyasına görə məndən götürülmüş nümunənin nəticəsi pozitiv olduğundan dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirildim.

Müasir avadanlıqlarla təchiz edilmiş xəstəxanada müalicə aldığım dövrdə yüksək tibbi xidmət, müayinə və müalicələr, keyfiyyətli yemək təminatı məndə böyük qürur hissi yaratdi.

Artıq bu xəstəlikdən sağalaraq evə buraxılmışam. Müalicə dövründə əhatə olunduğum diqqət və qayğıya görə Sizə öz adımdan və ailəmizin adından dərin minnətdarlığımı bildirirəm”.

Binnət Namazov və Dursun Quliyevadan, Şəmkir, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Mənim 68, həyat yoldaşımın 65 yaşı var. Bu çətin, xəstəliyin tüğyan etdiyi bir dövrdə ahıl insanlara göstərdiyiniz qayğı dünyaya örnək olacaq addımdır. Sizin "Biz birlikdə güclüyük!" çağırışınıza əməl etməklə vətəndaşlarımız çətinlik və bəlalara qarşı mübarizədə Sizinlə həmrəy olduqlarını, ətrafınızda sıx birləşmək əzmlərini bir daha nümayiş etdirdilər. Bütün bunlar sübut edir ki, apardığınız müdrik siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır. Siz xalqın qəlbində əbədi yer tutmuş insansınız. Biz şanslıyıq ki, Sizin kimi müdrik və uzaqgörən bir rəhbərimiz, qəlbi hər bir vətəndaşın ürəyi ilə döyünən Prezidentimiz var. Xalqımıza göstərdiyiniz dəstəyə və qayğıya görə Sizə və Mehriban xanıma ailəmiz adından təşəkkürümüzü bildirir, Sizə və ailənizə uzun ömür, cansağlığı arzu edirik. Uca Allah Sizi və Azərbaycan xalqını qorusun”.

S.Xankişiyeva

Paylaş:
1297

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər