Çingiz Qənizadə: Ermənistan Azərbaycan əleyhinə qarayaxma kampaniyasına Avropa Məhkəməsini də alət etmək niyyətindədir | 1news.az | Xəbərlər
Siyasət

Çingiz Qənizadə: Ermənistan Azərbaycan əleyhinə qarayaxma kampaniyasına Avropa Məhkəməsini də alət etmək niyyətindədir

15:40 - 27 / 05 / 2020
Çingiz Qənizadə: Ermənistan Azərbaycan əleyhinə qarayaxma kampaniyasına Avropa Məhkəməsini də alət etmək niyyətindədir

“İlkin olaraq qərarla tanış olarkən görünür ki, Avropa İnsan Hüquqları Məhkəməsi Makuçyan və Minasyanın Azərbaycana və Macarıstana qarşı qaldırdığı iddianın əsas tələbini yerinə yetirməyib. Ermənistan Azərbaycan əleyhinə qarayaxma kampaniyasına İnsan Hüquqları üzrə Avropa Məhkəməsini də alət etmək niyyətinə düşüb və bu qurumu siyasiləşdirmək və təbliğat kampaniyasına cəlb etmək cəhdləri rədd olunmalıdır”.

Bunu APA-ya açıqlamasında Avropa İnsan Hüquqları Məhkəməsinin Ramil Səfərlə bağlı “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” qərarına münasibət bildirən Demokratiya və İnsan Hüquqları komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Ç.Qənizadə deyib ki, hər kəsə bəllidir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin kökündə dayanan səbəblər kimi işğalçı ölkə sözügedən hadisəni də təhrif etmək və onu fərqli istiqamətdə yozmaqla, beynəlxalq ictimaiyyətin diqqətini torpaqlarımızın davam edən qanunsuz işğalı və dinc əhalimizin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır: “Bu gün regionumuzun həm millətlər, həm də fərdlər səviyyəsində üzləşdiyi ağrı və iztirablarının əsasında məhz Ermənistanın millətçi rəhbərlərinin Azərbaycan xalqına qarşı nifrət üzərində köklənmiş ifrat düşmən siyasəti dayanır. Bu ilkin mərhələdə, Avropa Məhkəməsinin gəldiyi qənaətlərlə bağlı söyləmək olar ki, Avropa Məhkəmə əslində Ermənistanın iddiasının əsas tələbini təmin etməyib. İddianın əsas tələbləri Azərbaycanın və Macarıstanın məsuliyyət daşıması, əfv və digər tələblər, o cümlədən təzminat olub. Məhkəmə qərarı əsas çəkişmə obyekti olan əfv fərmanının ləğvini və ya əlaqədar şəxs üzrə işin yenidən açılmasını tələb etmir.

Digər yandan, yaşamaq hüququnun maddi pozuntusu ilə bağlı iddia da rədd edilib. Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda da haqlı olaraq vurğulanır ki, Ermənistan həqiqətən insan hüquqları və azadlıqlarına bəyan etdiyi qədər əhəmiyyət yetirir və Avropa Məhkəməsinə hörmət edirsə, o zaman bu ölkə 30 ildən bəri davam edən, Azərbaycan torpaqlarının işğalına və bir milyondan artıq soydaşımızın  hüquqlarının pozuntusuna dərhal son qoymalıdır. Bu mənada, Avropa Məhkəməsinin hələ 2015-ci ildə çıxardığı və Azərbaycan torpaqlarının işğalına görə Ermənistanın məsuliyyətini təsbit etdiyi Çıqarov işi üzrə qərarının icrası təmin olunmayanadək, rəsmi Yerevanın ölkəmizdən Avropa Məhkəməsi ilə bağlı nə isə tələblər irəli sürməsinə heç bir mənəvi haqqı yoxdur. Təzminata gəlincə, Ermənistan tərəfi Çıqarov işi üzrə qərarla bağlı təzminatı ödəməyənə qədər Azərbaycan hökuməti tərəfindən də təzminat ödənməyəcək”.

Hüquq müdafiəçisi onu da qeyd edib ki, Avropa Məhkəməsi qarşısında proses zamanı bəyan edildiyi kimi, Azərbaycan hökuməti 2004-cu ildə baş vermiş məlum əməli qəbul etmir və ona hər hansı şəkildə bəraət qazandırmağa çalışmır: “Ramil Səfərov bu əməli fərd kimi törədib, Azərbaycan dövlətini rəsmən təmsil etməyib. Buna görə də Azərbaycan dövləti üzərinə hər hansı bir məsuliyyət qoyula bilməz. Macarıstanda baş verən hadisə, daha sonra Ramil Səfərovun Azərbaycana ekstradisiyasına görə Azərbaycan dövləti məsuliyyət daşıya bilməz. Bu işə vaxtilə Macarıstan məhkəməsi tərəfindən baxılıb və məhkum edilmiş şəxs də əməlinə görə kifayət qədər uzun bir müddət cəzasını çəkib. Azərbaycan hökumətinə erməni təbliğatının ünvanlandığı bütün digər qarayaxma iddialarının da heç bir əsası yoxdur”.

S.Xankişiyeva

 

 

Paylaş:
763

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər