DSX əməkdaşları sərhəd pozucularına atəş açıb | 1news.az | Xəbərlər
Cəmiyyət

DSX əməkdaşları sərhəd pozucularına atəş açıb

13:17 - 26 / 09 / 2020
DSX əməkdaşları sərhəd pozucularına atəş açıb

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla həyata keçirilir.

Bu barədə 1news.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, DSX əməkdaşlarının sayıqlığı nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Belə ki, sentyabrın 25-də DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun 2-ci Şahsevən kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru 3 nəfər şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilmiş və həmin şəxslərə “dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd naryadının əmrinə tabe olmayan sərhəd pozucuları geriyə İran ərazisinə qaçıblar.

Həmin ərazidə axtarış təd­birləri keçi­ril­ib, axtarış tədbirlərinin nəticəsində kolluqların arasında gizlənən 1 nəfər şübhəli şəxs 4 ədəd bağlama ilə birlikdə saxlanılıb. Bağlamalara baxış zamanı içərisində ümumi çəkisi 84 kq 660 qr narkotik vasitəyə oxşar maddələr (52 kq “tiryək”ə, 32 kq 650 qr “heroinə”ə, 10 qr “marixuana”ya və 120 ədəd  “metadon-40” həbinə) aşkar olunub.

Saxlanılan şəxsin 1983-cü il təvəllüdlü Süleymanov Elşən Vaqif oğlu olması və əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum edilməsi müəyyənləşdirilib.

Cinayətkar qrupun digər üzvlərinin müəyyənləşdirilməsi istiqamətində keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində sərhədboyu ərazidə hərəkətdə olan “VAZ-2107” markalı 19-BE-007 dövlət nömrə qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi saxlanılıb. 

Avtomobilin sürücüsü Beyləqan rayonun 1-ci Şahsevən kənd sakini 1956-cı il təvəllüdlü Orucov Gəncalı Əli oğlu və sərnişinlər Yevlax rayon sakinləri 1982-ci il təvəllüdlü Məmmədov Faiq Fərman oğlu və 1969-cu il təvəllüdlü Qorçuzadə İbrahim İsrail oğlu törətdikləri cinayət əməlini etiraf edərək əraziyə narkotik vasitə götürməyə gəldiklərini bildiriblər.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

S.Xankişiyeva

 

Paylaş:
537

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər