Erkin Qədirli. Satqınlıq və hökumətlə anlaşmaq haqqında | 1news.az | Xəbərlər
Siyasət

Erkin Qədirli. Satqınlıq və hökumətlə anlaşmaq haqqında

21:50 - 22 / 02 / 2020
Erkin Qədirli. Satqınlıq və hökumətlə anlaşmaq haqqında

Mənim, ya da elə bütövlükdə ReAl-ın ünvanına belə "ittihamları" da gördük.

Satqınlıq söhbətini cəbhəçilər edir. Nədən etdiklərini güman edə bilərəm, amma burada yazmaq istəmirəm. Bir şey aydındır ki, onların ritorikasında terminoloji aydınlıq yoxdur.

Birincisi, hər kəs yalnız öz təşkilatını sata bilər. Məsələn, mən heç cür AXCP-ni və ya başqa müxalifət partiyasını sata bilmərəm, çünki onların qarşısında heç bir öhdəliyim yoxdur. Mən, nəzəri olaraq, ancaq ReAl-ı sata bilərəm ki, belə bir şey baş verərsə, bundan ancaq ReAl-çılar narahat ola bilərlər.

İkincisi, bir təşkiilatdan çıxıb başqa təşkilata girmək, ya da heç bir təşkilata girmədən vaxtılə üzv olduğun təşkilatı tənqid etmək satqınlıq deyildir. ReAl-dan çox adam gedib, ara-sıra ReAl-ı tənqid edirlər, amma heç bir ReAl-çı onları satqın adlandırmır, çünki burada satqınlıqdan söhbət belə gedə bilməz. Belə söhbətləri ancaq cəbhəçilər edirlər, partiyalarından gedən az qala hər kəsi satqın adlandırırlar.

Üçüncüsü, satqınlıq ancaq bir təşkilatda qalaraq, başqa (rəqib) bir təşkilata işləmək şəklində olur. ReAl-da heç kəs belə bir iş görməyib. Odur ki, ReAl-da satqın axtarmaq, ReAl-ı satqınlıqda suçlamaq əbəsdir.

Hökumətlə anlaşmaq, onunla əməkdaşlıq etmək isə tamam başqa söhbətdir, onun satqınlıqla heç bir əlaqəsi yoxdur. ReAl hökumətlə siyasi (!) danışıqlara hazır olduğunu çoxdan bildirib. Hökumət istəyərsə, ReAl belə danışıqlara gedə bilər. Danışıqların nəticəsində bir anlaşma olarsa, ReAl onu gizli saxlayası deyil - yazılı olacaqsa, mətnini yayarıq, şifahi olacaqsa - şərtlərini. Bu günə olan durum budur - ReAl-ın hökumətlə heç bir anlaşması yoxdur.

Şəxsən mənə gəlincə, mənim hakimiyyətin çeşidli çevrələri və qurumlarıyla əlaqələrim heç zaman sirr olmayıb. Bu əlaqələrin də ReAl-la heç bir bağlılığı olmayıb. Mən bu əlaqələrimdən nə özüm üçün bir fayda götürmək, nə də başqalarına ziyan vurmaq üçün istifadə etmişəm. Mən bu əlaqələrimi "məsafəli hörmət" adlandırıram. Hakimiyyətdəkilərlə münasibətlərimin yaxın olduğu dönəmlər də olub, uzaq olduğu dönəmlər də. İndi görünən odur ki, yenidən yaxınlaşma baş verməkdədir. Bunun təşəbbüskarı mən deyiləm və hakimiyyətin məqsədini ancaq güman edə bilərəm. Odur ki, mənim də hakimiyyətdəkilərlə, bu günə olan duruma görə, heç bir anlaşmam yoxdur. Yaxınlaşma var, anlaşma yoxdur. Olacaqsa, biləcəksiniz. Mən açıq yaşayır, açıq oynayıram.

Müxalifətin hökumətlə açıq münasibətləri mütləq olmalıdır. Bunsuz siyasi mədəniyyət inkişaf edə bilməyəcək.

Erkin Qədirli

Paylaş:
668

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər