İyun ayında ilansancma ilə əlaqədar Kliniki Tibbi Mərkəzə 17 müraciət edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

İyun ayında ilansancma ilə əlaqədar Kliniki Tibbi Mərkəzə 17 müraciət edilib

Qafar Ağayev13:57 - Bu gün
İyun ayında ilansancma ilə əlaqədar Kliniki Tibbi Mərkəzə 17 müraciət edilib

Bu ilin iyun ayı ərzində ilansancma ilə əlaqədar Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə 17 nəfər qəbul olunub.

Mərkəzin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, zəhərlənən şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib. İlan sancan şəxslər arasında ölüm halı qeydə alınmayıb.

Xatırladaq ki, ilansancma ilə əlaqədar KTM-in Toksikologiya şöbəsinə apreldə 1, mayda 6 nəfər müraciət edib.

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər