İtaliya hökuməti İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür etdi | 1news.az | Xəbərlər
Siyasət

İtaliya hökuməti İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür etdi

13:04 - 28 / 05 / 2020
İtaliya hökuməti İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür etdi

İtaliyada 28 May - Respublika Günü münasibətilə videokonfrans keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan-İtaliya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefano İtaliya hökuməti adından Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib.

O,daha sonra Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfərini iki ölkə arasındakı münasibətlərdə tarixi mərhələ adlandırıb və bu səfərin müstəsna strateji tərəfdaşlıq xarakteri daşıyan əlaqələrə böyük təkan verdiyini söyləyib. Səfər vaxtı çoxsaylı sənədlərin, o cümlədən iki ölkənin hökumət başçıları arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamənin imzalandığını, hazırda pandemiyadan irəli gələn çətinliklərə baxmayaraq iki ölkə arasında siyasi, iqtisadi, elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın daha da dərinləşəcəyinə nikbinliklə baxdığını və Prezident İlham Əliyevin səfəri vaxtı bu mövzularda aparımış geniş və çox maraqlı müzakirələrdə şəxsən iştirak etdiyini bildirib.

Münasibətlərdə iqtisadi sektorun əhəmiyyətini vurğulayan dövlət katibi İtaliyanın uzun illərdir Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu, xüsusilə də enerji sektorunda güclü əməkdaşlığın olduğunu, TAP layihəsinin isitsamara verilməsi ilə bu əməkdaşlığın daha da dərinləşəcəyini, iqtisadiyyatın digər sahələrində mövcud olan geniş imkanlardan faydalanmağın əhəmiyyətini bildirib. İki ölkə arasında humanitar sahələrdə də geniş əməkdaşlığın mövcud olduğunu, mədəniyyət, universitetlərarası, elm və texnologiyalar sahələrində çoxsaylı mübadilələrin həyata keçiridiyini, 2020-ci ildə İtaliyada Azərbaycan Mədəniyyət İlinin elan olunduğunu və epidemioloji vəziyyətin düzəlməsi ilə İtaliyada Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbirlərin davam edəcəyinə böyük ümidlər bəslədyini və bu tədbirlərin iki ölkə arasında yaxın dostluq əlaqələrini daha da dərinləşdirəcəyinə əminliyini bildirib.

Manlio Di Stefano çıxışının sonunda bu imkandan istifadə edərək İtaliyada çox ağır epidemioloji vəziyyətdə Azərbaycanın İtaliyaya göstərdiyi yardıma və yaxınlıq və həmrəyliyin təcəssümü olan digər təşəbbüslərə görə Azərbaycan hökumətinə, şəxsən Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürünü bildirib, baş nazir Cüzeppe Konte, xarici işlər naziri Luici Di Maio və özünün də dəfələrlə dediyi kimi, bütün bunları heç zaman unutmayacaqlarını və göstərilən bu dəstəyin iki ölkə arasında daha da güclənəcək dərin münasibətlərin göstəricisi olduğunu deyib.

Dövlət katibi Azərbaycan və Avropa Birliyi arasında yeni tərəfdaşlıq sazişinin tezliklə imzalanmasında İtaliyanın bütün lazımi dəstək verməyə hazır olduğunu bildirib.

S.Xankişiyeva

 

Paylaş:
679

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər