ru

Cəmiyyət

13 İyul saat 13:25

Kubalı həkimlər koronavirusla mübarizə üçün Bakıya yola düşüblər

Kubalı həkimlər koronavirusla mübarizə üçün Bakıya yola düşüblər

COVİD-19 virusu ilə mübarizə aparmaq 115 kubalı tibb mütəxəssisi Azərbaycana göndərilib.

1news.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Kubanın Xarici İşlər naziri Bruno Rodriges deyib.

Nazir bildirib: "Bu gün bizim 115 mütəxəssisimiz COVID-19 ilə mübarizəyə kömək etmək üçün Azərbaycana göndərilir. Briqada pandemiyaya qarşı mübarizədə Kubanın təcrübəsini bölüşəcək".

B.Rodrigesin sözlərinə görə, ümumilikdə, bu gün Kubanın tibb mütəxəssisləri dünyanın 20-dən çox ölkəsində pandemiya ilə mübarizəyə yardım göstərir.

1news.az 

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur