LSS MFL 2019/20 Liqasının VII və VIII turları: “BOS Shelf” ilk məğlubiyyətini aldı, “Maisan” bir qola sevindi – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

LSS MFL 2019/20 Liqasının VII və VIII turları: “BOS Shelf” ilk məğlubiyyətini aldı, “Maisan” bir qola sevindi – FOTO – VİDEO

16:30 - 15 / 11 / 2019
LSS MFL 2019/20 Liqasının VII və VIII turları: “BOS Shelf” ilk məğlubiyyətini aldı, “Maisan” bir qola sevindi – FOTO – VİDEO

Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan LSS MFL 2019/20-də 7-ci və 8-ci turların oyunları keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, həm İnfinity, həm də Platinum konferensiyalarında çıxış edən komandalar arasında “MFL Arena”nın meydanlarında keçirilən görüşlər hər zamankı kimi gərgin mübarizə şəraitində keçib.

Qeyd edək ki, 7-ci turda İnfinity konferensiyasının ən qollu qarşılaşması “Abşeron” və “Driffters” komandaları arasında keçirilən görüşdə qeydə alınıb – 16 qol. “Chelsea Baku” – “Army United” görüşündə isə qapılara 8 qol vurulsa da, qalibi müəyyən etmək mümkün olmayıb.

7-ci turda Platinum konferensiyasınıda lider “Muğanbank” “Ümid Üçtəpə” komandasına 10:1 hesabı ilə qalib gələrək liderliyini qorudu. “Maisan” – “Binə” görüşünün taleyini isə bir qol həll etdi.

Qeyd etdiyimiz kimi, bu həftə həm də 8-ci turun oyunları baş tutub.

Mövsümün 8-ci turunda İnfinity konferensiyasında “Universal” “Driffters” üzərində növbəti qələbəsini qazandı – 11:3. “Balaxanı” – “Gənclik” qarşılaşmasında isə bərabərlik qeydə alındı.

8-ci turda Platinum konferensiyasında da yalnız bir qarşılaşma sülhlə başa çatdı. “Avengers” – “AgroSport” görüşündə tərəflər qalibi müəyyənləşdirə bilmədilər.

Həftənin ən maraqlı qarşılaşmalarından biri İnfinity konferensiyasının 7-ci turu çərçivəsində mövsümə əla başlayan “Universal” ilə “Dənizkənarı Bulvar İdarəsi” komandaları arasında baş tutdu.

MFL-in “Facebook” səhifəsində canlı yayımlanan və gərgin mübarizə şəraitində keçən görüş birincilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşdı.

Bu qələbə sayəsində “Universal” turnir cədvəlinin 8-ci pilləsinə yüksəldi. Aktivində cəmi iki qələbə olan “Dənizkənarı Bulvar İdarəsi” isə 19-cu pilləyə yuvarlandı.

Turun mərkəzi qarşılaşması çempionluğa oynayan “Squadra” və “BOS Shelf” komandaları arasında keçirildi. MFL-in “Facebook” səhifəsində canlı yayımlanan və gərgin mübarizə şəraitində keçən görüşdə güclü rəqibinə 3:0 hesabı ilə qalib gələn “Squadra” turnir cədvəlindəki mövqeyini bir qədər də yaxşılaşdırdı.

Mövsümdə ilk xal itkisi və məğlubiyyətlə üzləşən “BOS Shelf” komandası məğlubiyyətə baxmayaraq liderliyini qorudu. Lakin nəzərə almaq lazımdır ki, TOTA-nı çıxmaq şərtilə ondan sonrakı yerlərdə qərarlaşan komandalar bir oyun az keçiriblər.

Həftə həm də mövsümün ilk Cənub derbisi ilə yadda qaldı. “Xəzər Astara” və “Tiyagani” komandalarının görüşü matçın favoriti sayılan “Tiyagani”nin 6:2 hesablı qələbəsi ilə başa çatdı.

Həftə “Grand” komandası üçün də uğurlu alındı. “Lokomotiv Baku” üzərində 6:3 hesablı qələbə qazanan “pələnglər” növbəti turda “Ümid Üçtəpə”ni məğlub edərək həftəni uğurla başa vurdular.

İlk 8-likdə yerini möhkəmləndirməkdə davam edən “pələnglər” göstərdikləri performansla göz oxşayırlar.

5 maraqlı fakt

Bu həftə keçirilən 7-ci və 8-ci turlarla bağlı ən maraqlı 5 faktı təqdim edirik:

1. Bu həftə çempionluğa oynayan iki güclü komanda - “BOS Shelf” və “Kontakt Home” komandaları üçün düşərli olmadı. Belə ki, hər iki komanda mövsümdə ilk dəfə məğlubiyyət acısı daddılar.

2. Komandalardan birinin adı dəyişdi. Belə ki, CS komandası bundan sonra yaşıl meydanlara “Baku Eagles” adı altında çıxacaq. Ümid edirik ki, yeni adı komandaya uğur gətirəcək.

3. “Beerbaşa” komandasının oyunçusu Kamil Məmmədov məhsuldarlığı ilə fərqlənməkdə davam edir. Keçirdiyi 6 oyunda cəmi bir qol vursa da, məhsuldar ötürmələrinin sayını 7-yə çatdırmaqla komandasının qələbələrinə böyük töhfə verdi.

4. “Peçat Dönər” “Borussia Baku” ilə oyunda 0:2 hesabı ilə geridə olmasına baxmayaraq əzmkarlıq göstərərək sonda oyunu 3:2 hesabı ilə xeyrinə başa vurmağı bacardı.

5. Bu həftə “Galaxy” komandasının oyunçusu Akif Hümbətovu da xüsusi qeyd etmək olar. Cəza səbəbilə əvvəlki iki turda çıxış etməyən Akif bunun əvəzini vurduğu iki qolla çıxıb.

Geridə qalan 8 turdan sonra MFL 2019/2020-ci il mövsümünün İnfinity konferensiyasında ilk 8-lik belədir:

Turnir cədvəlinin tamamına burada baxa bilərsiniz.

Geridə qalan 8 turdan sonra MFL 2019/2020-ci il mövsümünün Platinum konferensiyasında ilk 8-lik belədir:

Turnir cədvəlinin tamamına burada baxa bilərsiniz.

LSS MFL 2019/20 Liqası – Leading Supply Solutions LLC, BOS SHELF LLC, McDonald's Azerbaijan, Muğanbank, Sabah Futbol Klubu, Carlsberg AzerbaijanGoSport Baku-nun sponsorluğu ilə keçirilir.

Daha ətraflı məlumatı liqanın mfl.az, eləcə də 1news İnformasiya Agentliyinin 1news.az saytlarından əldə edə bilərsiniz.

1news.az

Paylaş:
853

Son xəbərlər

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edirBu gün, 11:34COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11
Bütün xəbərlər