ru

Siyasət

13 İyul saat 16:21

Mehriban Əliyeva: Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaq

Mehriban Əliyeva: Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaq

“Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq! Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir! Bizim işimiz haqq işidir və Allah bizimlədir!”.

1news.az-ın verdiyi xəbərə görə, bunu Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva özünün Facebook səhifəsindəki paylaşımında bildirib.

“Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaq. Biz daha da güclü olmalıyıq və olacağıq, daha sıx birləşəcəyik! Şəhid analarına və atalarına öz dərin kədərimi və hörmətimi bildirirəm. Bu çətin günlərdə Azərbaycan xalqı sizinlədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Yaralı əsgərlərimizə tezliklə şəfa versin! Allah Azərbaycanı və xalqımızı qorusun!"

S.Xankişiyeva

 

 

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur