Tokioda tibbi maskaların satışı üzrə ixtisaslaşmış mağaza açılıb | 1news.az | Xəbərlər
Dünya

Tokioda tibbi maskaların satışı üzrə ixtisaslaşmış mağaza açılıb

17:34 - 12 / 09 / 2020
Tokioda tibbi maskaların satışı üzrə ixtisaslaşmış mağaza açılıb

Koronavirus pandemiyası dövründə Tokioda yeni fəaliyyətə başlayan tibbi maskalar üzrə ixtisaslaşmış mağaza gündəlik tələbat malına çevrilmiş bu məhsulun alıcılar üçün müxtəlif növlərini təklif edir.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, "Tokio" dəmir yolu stansiyasının yeraltı ticarət mərkəzində yerləşən həmin mağazada alıcılara 200 növdən çox tibbi maska təklif edilir. Bu maskalar arasında isti hava şəraitində nəmişliyi saxlayan və ultrabənövşəyi şüalardan qoruyanları da var. Belə maskaların təqribi qiyməti 5 dollardır.

Bununla yanaşı, qiymətli daşlarla bəzədilmiş maskalar da alıcılar tərəfindən maraqla qarşılanır. Xüsusi alıcılara təklif edilən belə maskaların qiyməti isə təqribən 900 dollar civarındadır.

Burada satıcılara müraciət edən alıcılar onların köməyi ilə zövqlərinə və üzlərinin rənginə uyğun tibbi maska seçə bilərlər.

Mağazanı Yaponiyanın pərakəndə satış üzrə tanınmış ticarət şirkətlərindən biri idarə edir.

Qeyd edək ki, koronavirus pandemiyası dövründə Yaponiyanın müxtəlif sahələrdə çalışan şirkətləri, o cümlədən elektronika, kişi geyimləri və digər məhsulların istehsalı ilə məşğul olan firmaları tibbi maska bazarına girməyə çalışır.

1news.az

Paylaş:
703

Son xəbərlər

Qarabağda fəaliyyət göstərən sahibkarlara maliyyə yardımı ilə bağlı müraciətlər elektronlaşdırılıb01 / 05 / 2024, 17:49Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda təmsil olunub01 / 05 / 2024, 17:46Avropa çempionatına ilk dəfə azərbaycanlı nümayəndə təyinat alıb01 / 05 / 2024, 17:44Vilayət Eyvazov Yardımlıda qəbul keçirəcək01 / 05 / 2024, 17:34Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb01 / 05 / 2024, 17:28İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib - YENİLƏNİB 201 / 05 / 2024, 17:17Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib - VİDEO01 / 05 / 2024, 16:49Dağlıq ərazilərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA01 / 05 / 2024, 16:48COP29-un rəsmi saytı istifadəyə verilib01 / 05 / 2024, 16:47Motosikletlə dünya səyahətinə çıxan baykerlər Bakı Limanına çatıb01 / 05 / 2024, 16:39Azərbaycan Prezidenti KAICIID-in Baş katibini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 16:36İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib01 / 05 / 2024, 16:35Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib01 / 05 / 2024, 16:20İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:47Kəlbəcərdə yük maşını aşıb, Türkiyə vətəndaşı ölüb01 / 05 / 2024, 15:37Prezident: Azad edilən ərazilərdə yeni məscidlər inşa edilir, dağıdılanların isə bərpa olunur01 / 05 / 2024, 15:35Prezident Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:33Prezident TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:21Qaradağda neft məhsulları tullantıları olan quyudan meyit tapılıb01 / 05 / 2024, 15:10Prezident ipoteka haqqında qanunu təsdiqlədi01 / 05 / 2024, 14:57
Bütün xəbərlər