Bakı sakinindən 5 kiloqramdan artıq narkotik maddə götürüldü
Yardımlı polisi narkotik maddə saxlayan Bakı sakinin saxlayıb.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Vidadi Zeynalovdan 5 kiloqram 50 qram marixuana və 1 kiloqram 80 qram tiryək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
1news.az
712