İrandan Azərbaycana qanunsuz keçmək istəyən Əfqanıstan vətəndaşları saxlanılıb

Azərbaycan dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları saxlanılıb.
Bu barədə 1news.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd edən 2 nəfər Əfqanıstan vətəndaşı saxlanılıb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
41











