Novruz Məmmədov: “Azərbaycan Türkiyə ilə Rusiya arasındakı gərginliyin azaldılmasına öz töhfəsini verməyə hazırdır”
Azərbaycan təəssüf edir ki, Türkiyə-Rusiya əlaqələri bu cür gərginləşib.
1news.az-ın verdiyi xəbərə əsasən, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün Twitter səhifəsində yazıb.
“Türkiyə bizim ən yaxın müttəfiqimizdir, eləcə də Rusiya bizə çox yaxın dost ölkədir. Hər iki ölkə ilə Azərbaycanı tarixi əlaqələr bağlayır. Hər iki ölkə ilə əlaqələrimiz ən yüksək səviyyədədir. Azərbaycan çox istəyir ki, dostları arasında heç bir qarşıdurma olmasın”, - deyə PA rəsmisi vurğulayıb.
1news.az
419