Qarakənd faciəsindən 24 il ötür | 1news.az | Xəbərlər
Siyasət

Qarakənd faciəsindən 24 il ötür

09:27 - 20 / 11 / 2015
Qarakənd faciəsindən 24 il ötür

Xocavənd rayonunun Qarakənd kəndi üzərində “Mi-8” vertolyotunun ermənilər tərəfindən vurulmasından 24 il ötür.

1news.az-ın  məlumatına görə, 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Ermənistan Silahlı Qüvvələrinin atəşə tutması nəticəsində içərisində rəsmi şəxslərin və jurnalistlərin olduğu helikopter qəzaya uğrayıb.

Qəza nəticəsində vertolyotda olan 22 nəfərin hamısı dünyasını dəyişib.

Faciədə Azərbaycanın görkəmli dövlət və hökumət nümayəndələri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər - dövlət katibi Tofiq Kazım oğlu İsmayılov, Baş prokuror İsmət İsmayıl oğlu Qayıbov, dövlət müşaviri Məhəmməd Nəbi oğlu Əsədov, Baş nazirin müavini Zülfi Saleh oğlu Hacıyev, deputatlar Vaqif Cəfər oğlu Cəfərov və Vəli Hüseyn oğlu Məmmədov, Prezidentin İcra Aparatının şöbə müdiri Osman Hüseyn oğlu Mirzəyev, nazir müavini Qurban Hüseyn oğlu Namazəliyev, DQMV prokuroru İqor Aleksandroviç Plavski, DQMB Daxili İşlər İdarəsinin rəisi Vladimir Vladimiroviç Kovalyov, Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi Sergey Semyonoviç İvanov, fövqəladə vəziyyət rayonunun komendantı Nikolay Vladimiroviç Jinkin, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Dasumoviç Serikov, milis general-mayoru Mixail Dmitriyeviç Lukaşov, polkovnik-leytenant Oleq Nikoloyeviç Koçerev, dövlət katibinin köməkçisi Rafiq Məmməd oğlu Məmmədov, telejurnalist Alı Mustafa oğlu Mustafayev, AzTV-nin işıqçısı Arif İsmayıl oğlu Hüseynzadə, videooperator Fəxrəddin İbrahim oğlu Şahbazov, vertolyot heyətinin komandiri Vyaçeslav Vladimiroviç Kotov, heyət üzvləri Gennadi Vladimiroviç Domov, Dmitri Borisoviç Yarovenko həlak olublar.

Üstündən iyirmi iki il keçməsinə baxmayaraq, hadisə ilə bağlı bir sıra qaranlıq məqamlara bu günə qədər aydınlıq gətirilməyib.

Bu terror aktı ilə erməni separatçıları özlərinin terrorçu mahiyyətini bir daha sübut etdilər. Faktla bağlı 1991-ci ildə Azərbaycanın Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılmış, istintaqın aparılması Respublika Prokurorluğuna verilib. Hazırda isə cinayət işi üzrə istintaq dayandırılıb. Buna səbəb terror aktının baş verdiyi ərazinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olmasıdır.

1news.az

Paylaş:
1237

Son xəbərlər

Azərbaycan nüfuzlu beynəlxalq reytinqdə tarixi göstəriciyə nail olub.Bu gün, 09:53Cəlil Xəlilov: “Rəsmi Paris Ermənistanın silahlandırılmasını özünün əsas xarici siyasət kursu elan edib”Bu gün, 09:50ADY: Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 09:40Payız fəsli Azərbaycana sentyabrın 22-si daxil olacaqBu gün, 09:39Cəlilabadda narkokuryer saxlanılıbBu gün, 09:34Payız-qış mövsümü ilə əlaqədar qrip əleyhinə vaksinasiyaya başlanılıbBu gün, 09:30Hikmət Hacıyev diplomatların Kəlbəcər səfəri ilə bağlı paylaşım edibBu gün, 09:26Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvlərinin Kəlbəcərə səfəri başlayacaqBu gün, 09:14AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:10Bakının bir sıra yollarında tıxac müşahidə edilirBu gün, 09:04​​​​​​​Azərbaycan-İraq biznes forumu keçirilib - FOTO17 / 09 / 2024, 18:57Ali Məhkəmədən hüquqşünaslara MÜRACİƏT17 / 09 / 2024, 17:53Norveçdə ilk dəfə elektrikli avtomobillərin sayı benzinlə işləyən avtomobilləri keçdi17 / 09 / 2024, 17:25Mikayıl Cabbarov İraqın ticarət naziri ilə görüş keçirdi - FOTO17 / 09 / 2024, 17:23Heydər Əliyev Fondu Qaradağda körpələr evi-uşaq bağçasını bərpa edib17 / 09 / 2024, 17:20Dənizkənarı Bulvar İdarəsinin sabiq vəzifəli şəxsi barəsində cinayət işi başlanıb17 / 09 / 2024, 17:06Xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib - VİDEO17 / 09 / 2024, 16:58Prezident Salyan və Hacıqabula icra başçısı təyin etdi17 / 09 / 2024, 16:30Sevindik Hətəmov Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib17 / 09 / 2024, 16:23Prezident Hacıqabulun icra başçısını vəzifəsindən azad etdi17 / 09 / 2024, 16:21
Bütün xəbərlər