“Sülh körpüsü” dialoqu davam etdirir: Azərbaycan nümayəndə heyəti Ermənistana gəlib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

“Sülh körpüsü” dialoqu davam etdirir: Azərbaycan nümayəndə heyəti Ermənistana gəlib - FOTO

1news Redaksiyası10:10 - Bu gün
Digər dillərdə oxuyun:РусскийEnglish
“Sülh körpüsü” dialoqu davam etdirir: Azərbaycan nümayəndə heyəti Ermənistana gəlib - FOTO

2026-cı il noyabrın 26-27-də Ermənistanda “Sülh körpüsü” Təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə dəyirmi masa formatında genişlənmiş tərkibdə ikitərəfli müzakirələr keçiriləcək.

İştirakçıların diqqət mərkəzində 2025-ci il avqustun 8-də Vaşinqton sammitində razılaşdırılmış sülh gündəliyi, Azərbaycan-Ermənistan sülh prosesinin möhkəmləndirilməsi və institusionallaşdırılması üzrə təşəbbüslər, həmçinin iki ölkənin cəmiyyətləri arasında qarşılıqlı etimadın formalaşdırılması və inkişafı üzrə konkret tədbirlər olacaq.

Görüş zamanı həmçinin Cənubi Qafqazda dayanıqlı iqtisadi əməkdaşlığın qurulması, ticarətin və nəqliyyat kommunikasiyalarının inkişafı imkanlarına baxılacaq.

Humanitar məsələlərə, təhsil sahəsində qarşılıqlı əlaqələrə, gənclərlə işə, eləcə də Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivlərinə xüsusi diqqət yetiriləcək.

Paylaş:
146

Son xəbərlər

Bütün xəbərlər