ATƏT-in Minsk qrupunun Amerikadan olan həmsədri Belqrada səfər edəcək
“ATƏT Xarici İşlər Nazirləri Şurasının Belqraddakı toplantısı sabah öz işinə başlayacaq. Mən yola çıxmışam”.
1news.az-ın xəbərinə görə, bu barədə amerikalı həmsədr Ceyms Uorlik özünün Twitter səhifəsində yazıb.
Xatırladaq ki, daha əvvəl C.Uorlik Dağlıq Qarabaq münaqişəsində maraqlı olan tərəflər də daxil olmaqla, Belqradda bir neçə görüş keçiriləcəyini bildirmişdi.
ATƏT XİN Şurasının növbəti toplantısı dekabrın 3-4-də keçiriləcək.
1news.az
631