“Sülh körpüsü”: Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin beşinci görüşü başlayıb - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Siyasət

“Sülh körpüsü”: Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin beşinci görüşü başlayıb - FOTO - VİDEO

1news Redaksiyası12:07 - Bu gün
“Sülh körpüsü”: Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin beşinci görüşü başlayıb - FOTO - VİDEO

Ermənistanda “Sülh körpüsü” Təşəbbüsü çərçivəsində beşinci görüş başlayıb.

1news.az xəbər verir ki, görüşdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin ümumilikdə 60 nümayəndəsi iştirak edir.

Genişləndirilmiş tərkibdə ikitərəfli müzakirələr dəyirmi masa formatında keçirilir.

Görüşün gündəliyində Azərbaycan-Ermənistan sülh prosesinin möhkəmləndirilməsi, iki ölkənin cəmiyyətləri arasında qarşılıqlı etimadın inkişafı, iqtisadi əməkdaşlıq və regional kommunikasiyaların açılması perspektivləri, humanitar məsələlər, təhsil sahəsində qarşılıqlı əlaqə və gənclərlə iş məsələləri dayanır.

Xatırladaq ki, noyabrın 27-dək davam edəcək görüşdə iştirak etmək üçün Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət nümayəndə heyəti daha əvvəl Ermənistana gəlib.

Paylaş:
132

Son xəbərlər

Bütün xəbərlər