Əhməd Davudoğlu: “Bütün torpaqlar azad olunana qədər Türkiyə Azərbaycanın yanında olacaq” | 1news.az | Xəbərlər
Siyasət

Əhməd Davudoğlu: “Bütün torpaqlar azad olunana qədər Türkiyə Azərbaycanın yanında olacaq”

12:20 - 03 / 12 / 2015
Əhməd Davudoğlu: “Bütün torpaqlar azad olunana qədər Türkiyə Azərbaycanın yanında olacaq”

Türkiyənin Baş naziri Əhməd Davudoğlu Azərbaycana səfərə yola düşərkən jurnalistlərə açıqlama verib. 

1news.az-ın Milliyet qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyənin Baş naziri bildirib ki, Dağlıq Qarabağ başda olmaqla, Azərbaycanın işğal altındakı torpaqları ilə bağlı mövqeyimiz açıq və konkretdir.

Rusiya rəhbərliyinin Türkiyəni İŞİD-lə neft alverində ittiham etməsinə dair sualı cavablandıran Ə.Davudoğlu bunun sovet təbliğatını xatırlatdığını söyləyib:

“Son bir həftə ərzində Rusiya mediasında yayılan məlumatlar və Rusiya rəhbərliyi tərəfindən verilən açıqlamalar mənə gəncliyimi xatırladır. Sovet təbliğat maşını vardı. Bunlar “Pravda” yalanları kimi qiymətləndirilirdi. Rusiyanın sovet davranış tərzini unutduğunu düşünürdük, amma bunlar bir-bir yenidən ortaya çıxır. Ekspansiya siyasəti nəticəsində qonşularla problemlər yaşayırlar və bunları örtmək üçün təbliğat maşınından istifadə edirlər. Bu yalanlara kimsə etibar etməz. Türkiyə-Suriya sərhədi bütün dünyanın izlədiyi bir zonadır, burada olan hər hansı hərəkəti bütün dünya ölkələri görür. Türkiyə belə bir şey etməz, etik olaraq da, real olaraq da mümkün deyil. Bu gün Suriya rejiminə dəstək verənlər əslində İŞİD-ə dəstək verirlər. İŞİD-i ortaya çıxaran, bəsləyən əsas faktor Suriya rejimidir”.

Dağlıq Qarabaq münaqişəsinin həlli məsələsinə toxunan Ə.Davudoğlu qeyd edib ki, Ermənistan-Azərbaycan problemində Ankaranın mövqeyi dəqiq və aydındır:

“Azərbaycanın bütün torpaqları azad olunana qədər Türkiyə bu məsələdə Azərbaycanın yanında olacaq”.

1news.az

Paylaş:
559

Son xəbərlər

Bütün xəbərlər