Dilicanda “Sülh körpüsü” Təşəbbüsü nümayəndələrinin beşinci görüşü keçirilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Dilicanda “Sülh körpüsü” Təşəbbüsü nümayəndələrinin beşinci görüşü keçirilib - FOTO

1news Redaksiyası16:23 - Bu gün
Digər dillərdə oxuyun:РусскийEnglish
Dilicanda “Sülh körpüsü” Təşəbbüsü nümayəndələrinin beşinci görüşü keçirilib - FOTO

2026-cı il noyabrın 26-27-də Dilican şəhərində (Ermənistan) “Sülh körpüsü” Təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə "dəyirmi masa" formatında ikitərəfli müzakirələr keçirilib.

Görüşdə hər iki ölkənin vətəndaş cəmiyyəti təşkilatlarının, media strukturlarının, həmçinin analitik və ekspert dairələrinin təxminən 60 nümayəndəsi iştirak edib. Bu, "Sülh körpüsü" Təşəbbüsü çərçivəsində beşinci görüş idi.

İki gün ərzində bir sıra görüş və müzakirələr aparılıb.

İştirakçılar aşağıdakıları müzakirə ediblər:

- 2025-ci il avqustun 8-də Vaşinqton sammitində razılaşdırılmış sülh gündəliyi,

- Azərbaycan-Ermənistan sülh prosesinin möhkəmləndirilməsi və institusionallaşdırılması perspektivləri,

- iki cəmiyyət arasında qarşılıqlı etimadın formalaşdırılması üzrə mümkün tədbirlər.

İştirakçılar dayanıqlı iqtisadi əməkdaşlığın perspektivləri, Cənubi Qafqazda ticarətin və kommunikasiya marşrutlarının inkişafı, həmçinin humanitar məsələlər barədə fikir mübadiləsi aparıblar. Gündəliyə həmçinin gənclərlə iş, təhsil və iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması məsələləri daxil edilib.

"Sülh körpüsü" Təşəbbüsü çərçivəsində "dəyirmi masa" formatında keçirilən beşinci müzakirələrin iştirakçıları Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan və bu ölkənin xarici işlər nazirinin müavini Vaan Kostanyan ilə görüşüblər. Həmin görüşlər zamanı iştirakçılar erməni rəsmilərinə suallar vermək imkanı əldə ediblər, daha sonra fikir mübadiləsi aparılıb və səsləndirilən fikirlər müzakirə olunub.

Həmçinin komitələr üzrə müzakirələr təşkil edilib. İştirakçılar profil komitələrində mövcud problemlərə baxıblar və əməkdaşlığın genişləndirilməsi üçün əlavə imkanları araşdırıblar.
Komitələr aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərib:

1. İqtisadi məsələlər və infrastruktur

2. Humanitar və sosial məsələlər

3. Ətraf mühit məsələləri

4. Media

5. Təhsil, ictimai narrativlər və gənclərlə iş

6. Siyasi və geosiyasi məsələlər.

Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin bu görüşü iki cəmiyyət arasında birbaşa dialoqun, qarşılıqlı etimadın və uzunmüddətli əməkdaşlığın möhkəmləndirilməsi yolunda növbəti addım olub və sülh gündəliyi ətrafında konstruktiv dialoqun davam etdirilməsinin vacibliyini bir daha təsdiqləyib.
"Sülh körpüsü" Təşəbbüsü əməkdaşlığın daha da möhkəmləndirilməsinə yönəlmiş fəaliyyətini davam etdirəcək.

Aşağıda iştirakçıların siyahısı təqdim olunur:

"Sülh körpüsü" Təşəbbüsünün üzvləri (Ermənistan)

1. Areq Koçinyan – Erməni Şurasının prezidenti
2. Naira Sultanyan – Demokratiyanın İnkişafı Fondunun direktoru
3. Narek Minasyan – Erməni Şurasının eksperti
4. Samvel Meliksetyan – Erməni Şurasının eksperti
5. Boris Navasardyan – İrəvan Mətbuat Klubunun fəxri prezidenti

Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri

1. Alen Amirxanyan – Ermənistan Amerika Universitetinin (AUA) Akopyan adına Ətraf Mühit Mərkəzinin direktoru
2. Arutyun Alpetyan – Ermənistan Amerika Universitetinin (AUA) Akopyan adına Ətraf Mühit Mərkəzinin proqram direktoru və müəllimi, tullantıların idarə olunması üzrə ekspert
3. Armen Şahbazyan – Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) və "GOPA Consulting Group"un dayanıqlı inkişaf, xüsusi mühafizə olunan təbiət əraziləri və biomüxtəliflik üzrə mütəxəssisi
4. Benyamin Zakaryan – "GEOINFO" MMC Tədqiqat Mərkəzinin su ehtiyatları üzrə mütəxəssisi, hidroloq
5. Sos Xaçikyan – Ermənistan Dövlət İqtisad Universitetinin (ASUE) Fənlərarası Tədqiqat Mərkəzinin rəhbəri, iqtisadçı
6. Aşot Markosyan – Ermənistan Dövlət İqtisad Universitetinin (ASUE) "Amberd" Tədqiqat Mərkəzinin baş eksperti, iqtisadçı
7. Levon Barxudaryan – Ermənistan Dövlət İqtisad Universitetinin (ASUE) "Amberd" Tədqiqat Mərkəzinin baş elmi işçisi, iqtisadçı
8. Karen Sarkisyan – Ermənistan Milli Elmlər Akademiyasının Beynəlxalq Elm və Təhsil Mərkəzinin idarəetmə üzrə mütəxəssisi, iqtisadçı
9. Eviya Oqannisyan – müstəqil ekspert, infrastruktur sahəsi üzrə tədqiqatçı
10. Vazgen Karapetyan – "Avrasiya-Əməkdaşlıq" Fondunun direktor müavini
11. Tatev Danielyan – Ermənistan İctimai Televiziyasının siyasi proqramlarının baş redaktoru və aparıcısı
12. Nelli Rafaelyan – Media Təşəbbüsləri Mərkəzinin jurnalisti
13. Eleonora Sarkisyan – Erməni Şurasının eksperti
14. Mariam Xalatyan – "Socioscope" Tədqiqat Mərkəzinin sosioloqu
15. Tiqran Amiryan – "Mədəni və Sosial Narrativlər Laboratoriyası" QHT-nin prezidenti
16. Satenik Mkrtçyan – NCEDI Fondunun təhsil üzrə mütəxəssisi
17. Robert Gevondyan – Erməni Şurasının eksperti
18. Armen Petrosyan – "Orbeli" Tədqiqat Mərkəzinin regional məsələlər üzrə eksperti
19. Edqar Vardanyan – Erməni Şurasının eksperti
20. Lusine Xaratyan – yazıçı və mədəniyyət antropoloqu
21. Arpi Arutyunyan – Demokratiyanın İnkişafı Fondunun ədalət mühakiməsi və insan hüquqları üzrə layihələr rəhbəri
22. Aşot Melikyan – Söz Azadlığının Müdafiəsi Komitəsinin sədri
23. Sarkis Arutyunyan – İrəvan Mətbuat Klubunun proqram meneceri
24. Anna Gevorgyan – Sivilizasiya və Mədəniyyət Tədqiqatları Mərkəzinin tədqiqatçısı
25. Nelli Minasyan – tarix üzrə fəlsəfə doktoru, İrəvan Dövlət Universitetinin Ermənişünaslıq Tədqiqatları İnstitutunun dosenti, türkologiya üzrə mütəxəssis
26. Elina Xaçaturyan – "Peace Dialogue" QHT-nin prezidenti

"Sülh körpüsü" Təşəbbüsünün üzvləri (Azərbaycan)

1. Fərhad Məmmədov – Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyəti sədrinin müavini; Cənubi Qafqaz Tədqiqatları Mərkəzinin direktoru
2. Rusif Hüseynov – Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru
3. Kamalə Məmmədova – 1news.az xəbər portalının baş redaktoru
4. Ramil İsgəndərli – Azərbaycan QHT-lərinin Milli Forumunun İdarə Heyətinin sədri
5. Fuad Abdullayev – Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin aparıcı məsləhətçisi
Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri
6. Yeganə Hacıyeva – Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü
7. Orxan Amaşov – AnewZ telekanalının redaktoru və aparıcısı
8. Sanan Rzayev – CBC telekanalının redaktoru və baş siyasi şərhçisi
9. Emin Əliyev – Trend İnformasiya Agentliyinin baş redaktoru
10. Həmid Həmidov – media direktoru
11. Namiq Mailov – Report.az-ın baş redaktoru
12. Gülbəniz Qənbərova – Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri
13. Aytən Qəhrəman – Azərbaycan Dillər Universitetinin professoru
14. Şahla İsmayıl – Qadınların Səmərəli İnkişafı Assosiasiyasının (WARD) sədri
15. Hafiz Səfixanov – "Azərbaycan Minalara Qarşı Kampaniya" İctimai Birliyinin sədri
16. Əhməd Əlili – Qafqaz Siyasi Təhlil Mərkəzinin direktoru
17. Rafiq İsmayılov – "Vətəndaş Cəmiyyəti Naminə" İctimai Birliyinin sədri, siyasi analitik
18. Rauf Ağamirzəyev – Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, nəqliyyat üzrə ekspert
19. Ayxan Qədəşov – İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalının rəhbəri
20. Yunis Orucov – əməkdar jurnalist
21. Fuad Kərimli – "Qlobal Cənub" QHT Platformasının baş katibi
22. Cəsur Mədətzadə – "Avropa Tələbə Forumu – Bakı" İctimai Birliyinin sədri
23. Eldar Həmzəli – tədqiqatçı, müstəqil ekspert
24. Anar Eyyubov – UNEC Rus İqtisad Məktəbinin direktor müavini, tarix üzrə fəlsəfə doktoru
25. Murad Muradov – Topçubaşov Mərkəzinin həmtəsisçisi
26. Amin Məmmədov – "Su istifadəsi sahəsi üzrə mütəxəssislər" İctimai Birliyinin nümayəndəsi
27. Elman Yusifov – "Ekostil-Azərbaycan" Təbiəti Mühafizə İctimai Birliyinin nümayəndəsi
28. Orxan Babayev – Cənubi Qafqaz Tədqiqatları Mərkəzinin əməkdaşı
29. Elbrus Musayev – AnewZ telekanalının operatoru

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər