Dağlıq Qarabağ separatçıları ilə əməkdaşlıq edən şəhərlərin siyahısı Fransanın dövlət katibinə təqdim olunub
Azərbaycanın işğal olunmuş rayonları ilə qeyri-qanuni xartiyalar imzalamış Fransanın bəzi vilayət və şəhərlərinin siyahısı bu ölkənin dövlət katibi Andre Valliyə təqdim olunub.
1news.az –ın APA-ya istinadən verdiyi xəbərə görə, siyahını iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova bu gün Bakıda keçirilən Azərbaycan-Fransa işgüzar görüşündə təqdim edib.
S. Həsənova qeyd edib ki, bu, beynəlxalq hüquq normalarına ziddir.
Fransanın Mərkəzsizləşdirmə və Dövlət Qulluğu üzrə Nazirliyinin Regionların islahatları məsələləri üzrə dövlət katibi A. Valli öz növbəsində bu məlumatları Fransa hökumətinə çatdıracağını qeyd edib.
1news.az
907