MTN generalı həbs edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

MTN generalı həbs edildi

19:13 - 15 / 11 / 2015
MTN generalı həbs edildi

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov barəsində həbs qətimkan tədbiri seçilib.

1news.az-ın APA-ya istinadla verdiyi məlumatına görə, A.Çovdarov Cinayət Məcəlləsinin 308.2, 309.1, 302.2-ci və 311-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, Səbail rayon Məhkəməsi tərəfindən 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, çoxsaylı sahibkarların şikayəti ilə yanaşı MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbs edilmiş sabiq əməkdaşları da A.Çovdarovun əleyhinə ifadə veriblər.

Xatırladaq ki, bundan əvvəl MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin idarə rəisi Akif Əliyev, şöbə rəisi Orxan Osmanov, həmçinin Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Natiq Alıyev və Zaur Məmmədov barəsində də həbs qətimkan tədbiri seçilib.

Çovdarov Bakı İstintaq Təcridxanasına aparılıb.

Foto: haqqın.az  

1news.az

 

Paylaş:
1389

Son xəbərlər

Bütün xəbərlər