MSK 90 saylı Ağdaş Seçki Dairəsində seçkilərin nəticələrini ləğv edib | 1news.az | Xəbərlər
Siyasət

MSK 90 saylı Ağdaş Seçki Dairəsində seçkilərin nəticələrini ləğv edib

17:12 - 17 / 11 / 2015
MSK 90 saylı Ağdaş Seçki Dairəsində seçkilərin nəticələrini ləğv edib

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında noyabrın 1-də Milli Məclisə (MM) keçirilmiş seçkilərlə əlaqədar daxil olmuş müraciətlərə baxılıb.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, MSK-ya müraciət edən 90 saylı Ağdaş Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasından (YAP) deputatlığa namizədliyi irəli sürülmüş və deputatlığa namizədliyi qeydə alınmış İlqar Vəliyev və bu dairədə deputatlığa namizədliyi qeydə alınmış Qalib Qarayev 90 saylı Ağdaş Seçki Dairəsində seçkinin nəticələrinin ləğv edilməsini xahiş ediblər.

MSK üzvü Ramiz İbrahimov deyib ki, şikayətdə bu dairədəki məntəqələrdə səsvermə günü ciddi pozuntulara yol verildiyi qeyd edilib:

“Bu dairədə bir sıra seçki məntəqələri bələdiyyə binalarında yerləşir, şikayətdə bildirilir ki, bəzi bələdiyyə sədrləri və icra nümayəndələri səsvermə günü seçkiyə müdaxilə ediblər. Biz protokollara baxış keçirmişik, 3 saylı məntəqədə səslərin sayına sonradan düzəliş edilib. 5 saylı məntəqədə də səslərin göstərilməsində balans pozulur. 7 saylı məntəqədə də səs verənlərin sayı ilə seçki qutusundan çıxan səslərin sayında fərq mövcuddur. 12 saylı, 9 saylı seçki məntəqələrində də belə hallara rast gəlinir. Ümumilikdə seçki məntəqələrindən 17-də belə ciddi problem var ”.

MSK 90 saylı Ağdaş Seçki Dairəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edib.

Qeyd olunub ki, MSK səslərin nəticələri etibarsız sayılan seçki məntəqələrinin sayının bu dairədəki seçki məntəqələrinin sayının beşdə birindən, bu məntəqələrdəki seçicilərin sayının dairədəki seçicilərin sayının dörddə birindən çox olduğu üçün belə bir qərar verib. 

Qeyd edək ki, 90 saylı Ağdaş Seçki Dairəsində lider namizəd bitərəf, IV çağırış Milli Məclisin deputatı Çingiz Əsədullayevdir.

1news.az

 

Paylaş:
685

Son xəbərlər

AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:10Bakının bir sıra yollarında tıxac müşahidə edilirBu gün, 09:04​​​​​​​Azərbaycan-İraq biznes forumu keçirilib - FOTO17 / 09 / 2024, 18:57Ali Məhkəmədən hüquqşünaslara MÜRACİƏT17 / 09 / 2024, 17:53Norveçdə ilk dəfə elektrikli avtomobillərin sayı benzinlə işləyən avtomobilləri keçdi17 / 09 / 2024, 17:25Mikayıl Cabbarov İraqın ticarət naziri ilə görüş keçirdi - FOTO17 / 09 / 2024, 17:23Heydər Əliyev Fondu Qaradağda körpələr evi-uşaq bağçasını bərpa edib17 / 09 / 2024, 17:20Dənizkənarı Bulvar İdarəsinin sabiq vəzifəli şəxsi barəsində cinayət işi başlanıb17 / 09 / 2024, 17:06Xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib - VİDEO17 / 09 / 2024, 16:58Prezident Salyan və Hacıqabula icra başçısı təyin etdi17 / 09 / 2024, 16:30Sevindik Hətəmov Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib17 / 09 / 2024, 16:23Prezident Hacıqabulun icra başçısını vəzifəsindən azad etdi17 / 09 / 2024, 16:21Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?17 / 09 / 2024, 16:09Birbank Star kartı ilə faizsiz və komissiyasız yeni dövr başlayır17 / 09 / 2024, 16:03Universitetlərdə yeni ixtisasların açılması üçün təkliflər hazırlanacaq17 / 09 / 2024, 15:33Baş Prokurorluğun Elm-Tədris Mərkəzinə rəis təyin edilib17 / 09 / 2024, 15:29Məktəblilərimiz beynəlxalq fənn olimpiadalarında ölkəmizə medallar qazandırıblar17 / 09 / 2024, 15:13Topalhəsənli-Kərəmli avtomobil yolunun əsaslı təmiri yekunlaşmaq üzrədir17 / 09 / 2024, 14:54“Rhenus Group” şirkəti COP29-un tərəfdaşı olacaq17 / 09 / 2024, 14:37Silah, nakotik satışı - Mehdiabad qəsəbəsində axtarışda olan 14 nəfər saxlanılıb17 / 09 / 2024, 14:33
Bütün xəbərlər