İmzatoplama və seçki kampaniyasının pozulması ilə bağlı cəzalar sərtləşdirilir | 1news.az | Xəbərlər
Siyasət

İmzatoplama və seçki kampaniyasının pozulması ilə bağlı cəzalar sərtləşdirilir

12:16 - 09 / 12 / 2015
 İmzatoplama və seçki kampaniyasının pozulması ilə bağlı cəzalar sərtləşdirilir

Azərbaycanda seçki kampaniyası zamanı namizəd haqqında bilərəkdən yalan məlumat yayma, seçici imzalarının toplanması qaydalarının və təbliğat-təşviqat kampaniyasının pozulması halları ilə bağlı cəzalar ağırlaşdırılır.

Milli Məclisdən 1news.az-a verilən məlumata görə, bu, yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsində əksini tapıb.

Yeni məcəllənin 166-cı maddəsində (namizəd haqqında bilərəkdən yalan məlumat yayma) göstərilir ki, “seçkinin nəticəsinə təsir göstərmək məqsədilə deputatlığa və ya seçkili orqana (vəzifəyə) namizəd haqqında bilərəkdən yalan məlumatlar dərc etməyə və ya onları başqa üsullarla yaymağa görə 700 manatdan 1000 manata qədər cərimələr tətbiq olunacaq. Hazırda isə bu cərimələr 20 manatdan 55 manata qədərdir.

Yeni Məcəllənin 176-cı maddəsində isə seçici imzalarının toplanma qaydalarının pozulmasına görə vəzifəli şəxslər 800 manatdan 1000 manata qədər, hüquqi şəxslər 2000 manatdan 3000 manata qədər cərimə olunacaqlar. Bu cərimələrin hazırda qüvvədə olan variantı isə vəzifəli şəxslər 80 manatdan 90 manatadək, hüquqi şəxslər 250 manatdan 300 manatadək miqdarda cərimələrdir.

165-ci maddədə isə təşviqat-nəşr materiallarını qəsdən məhv etmə və ya namizədin seçicilərlə görüşünə mane olma hallarına görə 600 manatdan 800 manata qədər cərimə təsbit olunub. Bu cərimələrin hazırkı variantı isə 35 manatdan 60 manata qədərdir.

Prezident tərəfindən təqdim olunan yeni Məcəllə plenar iclasa tövsiyə olunub və növbəti iclasa müzakirəyə çıxarılacaq. Məcəllə qəbul olunduğu təqdirdə yanvarın 1-dən qüvvəyə minəcək. 

1news.az

Paylaş:
643

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər