Azərbaycan XİN Misirdəki faciə ilə bağlı başsağlığı verib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan XİN Misirdəki faciə ilə bağlı başsağlığı verib

1news Redaksiyası15:10 - Bu gün
Azərbaycan XİN Misirdəki faciə ilə bağlı başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Misirə başsağlığı verib.

1news.az xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında paylaşım edilib.

"Misirin Giza vilayətində yanacaq daşıyan yük avtomobilinin iştirakı ilə baş vermiş qəza nəticəsində yaranan yanğının çoxsaylı insan tələfatına və xeyli sayda şəxsin xəsarət almasına səbəb olmasından dərin kədər hissi keçiririk.

Həyatını itirənlərin ailələrinə, həmçinin Misir Ərəb Respublikasının Hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk.

Xəsarət alanların hamısına tezliklə və tam sağalmalarını arzulayırıq", - paylaşımda qeyd olunub.

Məlumat üçün qeyd edək ki, Misirdə neft məhsulları daşıyan sisternin dairəvi yol qovşağında aşmasından sonra baş verən yanğın nəticəsində 31 nəfər ölüb, 21 nəfər xəsarət alıb.

Paylaş:
31

Son xəbərlər

Bütün xəbərlər