Ayaz Mütəllibov: “Elçibəy primitiv millətçi idi” | 1news.az | Xəbərlər
Siyasət

Ayaz Mütəllibov: “Elçibəy primitiv millətçi idi”

15:14 - 10 / 12 / 2015
Ayaz Mütəllibov: “Elçibəy primitiv millətçi idi”

Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov eks-prezident Əbülfəz Elçibəyin ünvanına tənqidi fikirlərlə çıxış edib.

1news.az-ın verdiyi xəbərə görə, Mütəllibov bəyan edib ki, Əbülfəz Elçibəyi heç bir halda Heydər Əliyevlə müqayisə etmək olmaz.

“Onların arasında yerlə göy qədər fərq var. Heydər Əliyev böyük siyasi təcrübəyə malik dahi idi. Elçibəy isə primitiv millətçi idi”, - bunu Modern.az-a müsahibəsində Mütəllibov bildirib.

“Elçibəy deyirdi ki, Kəlbəcəri vermək lazımdır, təki  Ermənistanda demokratiya inkişaf etsin”, - deyən A.Mütəllibov qeyd edib ki, onun arxivlərdə bununla bağlı müraciətləri var.

Mütəllibovun sözlərinə görə, o, Heydər Əliyevlə bir komandada işləmək istəyirdi, amma nədənsə bu, alınmadı.

“Sözün doğrusu gözləyirdim ki, Heydər Əliyev bir ağsaqqal kimi məni Azərbaycana çağıracaq və vəzifə verəcək. Mən heç zaman vəzifə həvəsində olmamışam. Moskvada qaldığım illərdə Rusiya vətəndaşlığını da qəbul edə bilərdim, vəzifə də ala bilərdim. Amma bunlara getmədim”.

1news.az

Paylaş:
1542

Son xəbərlər

Bütün xəbərlər