Əli Kərimlinin transformasiyası: Xüsusi xidmət orqanları Nardaran hadisələrindən sonra nə üçün AXCP liderinə nəzarəti artırmalıdır?
Hakimiyyətə qanuni yolla gəlmək imkanını itirən marijinal müxalifət öz məqsədinə nail olmaq üçün Azərbaycandakı konstitusiya nizamına qarşı çıxan qüvvələrdən istifadə etməyə hazırdır.
Marijinal müxalifətçilərin ittifaqa girməyə çəkinmədiyi qüvvələr sırasında Taleh Bağırovun rəhbərlik etdiyi dini radikal, ekstremist qruplaşmanı da qeyd etmək olar. Belə ki , T.Bağırov son zamanlar ölkənin müxtəlif regionlarında, o cümlədən, Bakının Nardaran kəndində təbliğat aparıb.
Lakin ən başdan aşkar görünürdü ki, müxalifət radikal islamçıları öz məqsədləri üçün istifadə etməyib əksinə, “dinçilər” ədalət və demokratiya uğrunda mübarizə maskası taxib Azərbaycanda İran nümunəsinə uyğun çevriliş etməyə, ölkədə “molla rejimi”ni bundan doğan bütün təfərrüatları ilə birlikdə canlandırmağa- əba və qadınların hicab geyinməsi, spirtli içkilər və alkoqolun qadağan olunması, tədricən dünya ölkələrindən təcrid olunma və digər “qanunlarla” 7-ci əsrə qayıtmağa cəhd göstərib.
Sirr deyil ki, radikal islamçı qruplaşmalar öz dövrünü başa vurmuş radikal maxalifətdən daha çox təşkilatlanmış birlikdir. Həmçinin, bu estremist qruplaşmalar öz ideologiyalarında barışmaz mövqeyə sahibdir və bu mövzuda istənilən müzakirə və kompromisə bağlıdırlar.
Nardaran Aşura, 2013
Bundan əlavə bütün təbəqələrə məxsus “dinçilər” xaricdən maliyyə dəstəyinə malikdir ki, T. Bağırov da bu mənada istisna deyildi. Din pərdəsi altında gizlənən bu cinayətkarın qruplaşması var olmaq üçün qonşu ölkələrdən birindən xeyli miqdarda vəsait alıb. Həm də onlar heç vaxt ölkəmizin şiə icmasına təsiri saxlamaq istəyini gizlətməyib.
Müxalifətçi Əli Kərimli və tərəfdarlarının, dini fanatik Taleh Bağırovla işbirliyinə daxil olmasına nə gətirib çıxardı? Axı mahiyyət etibarilə marijinal Azərbaycan maxalifəti və dini radikalların ideoloji platforması nəinki bir-birinə tamamilə əksdir, eyni zamanda maliyyə mənbələri olan mərkəzlər də bir –birinə qarşı mövqedə durur.
Lakin bunun da öz izahı var. “Kübar” Kərimli ilə radikal Bağırovun əməkdaşlığı birincinin siyasi uzaqgörənliyinin olmaması, ikincinin isə soyuqqanlı planlaşdırma əsasında hərəkət etməsi ilə izah olunur. Siyasi çəkişmələrdəki məğlubiyyətlərin tozundan gözləri tamamilə tutulan Kərimli elə düşünürdü ki, sanki auditoriya qarşısına çıxmaq üçün “hansı mollandan” istifadə edir. Halbuki vəziyyət əksinə idi.
Lakin müxalifətçinin əsas səhvi də bundan ibarət idi. Öz dini rəhbərini dinləməyə gələn dindar auditoriya heç “kübar” ideyanı qəbul etməyəcək. Baxmayaq ki,bu ideyalar insan haqları və demokratiya haqqında pafoslu bəyanatlardan istifadə olunaraq paylanırdı. Saqqallı fanatik tamam başqa şeyləri görmək və eşitmək istəyib və istəyinin həyata keçməsi üçün o əvvəl “Əli Kərimlinin demokratiyaya giriş” kursunu dinləməyə məcbur edilibsə, eybi yox belə olsun, deyib, razılaşıb.
Bizim günlərdə Nardaran
Həm də onların hamısı çox yaxşı anlayır ki, bu keçmiş “çəbhəçini” dini auditoriyaya nə gətirib və özünün əlacsızlığını hiss etməsi, elektron bazasının olmamağı, fəaliyyətdə olan hakimiyyətə qarşı total nifrət onu istənilən kirli işlərə qarışacaq hala gətirib.
Bura hər iki “qəhrəmanın” xaricdən olan sponsorlarının arasında münasibətin isinməsini də əlavə edin və ... gözümüzün qarşısında marionetlərin tandemi canlanacaq. Onlar iplərlə idarə olunduqlarını heç də gizlətmirlər.
Əgər köhnə, ehtiyatlı cəbhəçi “odunları öz əli ilə oddan çıxarmaq fikrinə düşsəydi, hər şey çox sadə “ Kərimliyə” xas olmayan tərzdə olardı. Köhnə adətinə uyğun olaraq, Kərimli öz müavinlərindən birini vurmaq qərarına gəldi.
Bu dəfə döyüşə atılan piyada rolunu AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı öz üzərinə götürdü, ölkədə açıq dini çevrilişə dəstək oldu.
Burada növbəti dəfə qeyd etmək yerinə düşər ki, hər bir vətəndaş siyasi görüşündən asılı olmayaraq öz Konstitusiyasını müdafiə etməli və dövlətçiliyi dağıtmağı qarşısına məqsəd qoyan qüvvələrə qarşı mübarizə aparmalıdır.
Hakimiyyət uğrunda mübarizə aparmaq və buna bütün həyatını həsr etmək olar, lakin bir şərtlə ki,o, Konstitusiya və ölkə qanunları çərçivəsində həyata keçirilsin. Öz qarşısına məqsəd olaraq dünyavi dövləti məhv edərək Azərbaycanda dini avtokratiyanı yaratmaq məqsədini qarşıya qoyan insanlara dəstək olmaq bu təkcə cinayət deyil, həm də inanılmaz ağılsızlıq nümayişidir.
F.Qəhrəmanlı son günlər daimi olaraq özünün Facebook səhifəsinbdə vətəndaşlara qanuna və hakimiyyət orqanlarına tabe olmamaqla bağlı çağırışlar səsləndirib. O,Nardaranda ağır cinayətlər törədən Taleh Bağırovun silahlı ekstremist qruplaşma yaratmasına bəraət qazandırmağa çalışıb.
Məhz bu səbəb görə F. Qəhrəmanlıya qarşı Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri üzrə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə işdən azad edilib.
Lakin həbsxana həyatı Qəhrəmanlı üçün yeni deyil. Bu onun artıq 3-cu həbs müddətidir.
İlk dəfə o, 1998-ci ildə o zaman dəbdə olan “mitinq taktikası əsasında güc yolu ilə hakimiyyəti devirmək cəhdinə görə 1.5 il müddətinə azadlıqdan məhrum edilmişdi.
İkinci dəfə isə Qəhrəmanlı AR Cinayət Məcəlləsinin 233-cü maddəsinə əsasən 2011-ci ilin aprel ayında 2 il müddətinə həbs olundu.
Bu dəfə isə Qəhrəmanlı sosial şəbəkərdə xüsusi aktivlik göstərərək, radikal islamçılıq ideyalarının ən qatı tərəfdarının belə qibtəsini doğuracaq tərzdə bi “bəy” saxta profillər və səhifələr vasitəsilə silahlı ekstremistlərin müdafiəsinə qalxdı.
AXCP sədri Əli Kərimlinin sifarişi ilə 700-ə yaxın saxta profillərin yaradıldığı haqqında bir neçə dəfə yazılmışdı. Onlar vasitəsilə Kərimlinin statuslarının kütləvi dəstəklənməsi görüntüsü yaradılir, və onun əleyhinə olanlar təhqir edilirdi. İndi isə bu profillərdən dövlət maraqları əleyhinə istifadə olunur. Bu isə onu göstərir ki, F.Qəhrəmanlının Nardaranda ekstremist qruplaşmanı müdafiə etməsi Əli Kərimlinin razılığı ilə həyata keçirilib.
Bu həmin Əli Kərimlidir ki, 2000-c illərin əvvələrində, baş verən məlum hadisələr zamanı Nardaran kəndinə gələrək dini radikalları müdafiə edən çıxışlar edirdi. O zaman ekstremist qruplaşmanın zirehli maşını olamasa da bu dəfə bir neçə gündür ki, odlu silah və sursat aşkar olunur. Görünür məhz bu silahı Kərimili hakimiyyəti devirmək istiqamətində istifadəyə yönəltmək xəyalında idi. Lakin əslində isə bu silah radikalların düşüncəsinə görə dünyavi dövlət ideyası ilə çıxış edən hər kəsə qarşı yönəlmişdi. O cümlədən, “gözü kor olan” Kərimliyə qarşı yönəlmişdi.
Kərimlinin prinsipsizliyi və istənilən qüvvələrlə işbirliyinə hazır olmasını nəzərə alaraq, hüquq- mühafizə orqanları marijinala qarşı daha diqqətli olmalıdır.
Fuad Qəhrəmanlı ekstremist cağırışlara görə qanun qarşısında cavab verməli olduğu kimi, onu bu davranışa ruhlandıran da sudan quru çıxmamalıdır.
Bilirik ki, kölgədə qalmaq Əli Kərimlinin sevimli davranışıdır. O, dəfələrlə insanları qanunsuz mitinqlərə yönləndirərək, özü hadisələri kənaran izləyib.
Unudanlara xatırladaq ki, ekstremistlərin lideri Hacı Taleh indiyə qədər Milli Şuranın üzvüdür. Ağıllı görünüşə malik çoxsaylı “islamçılar” isə Əli Kərimli və İbrahimbəyovla yaxın 2013-cü ildə yanaşı otururdu..
Biz artıq o zaman deyirdik ki, müxalifət dini fanatiklərlə çox təhlükəli oyuna daxil olub. Zamanın da göstərdiyi kimi bunda yanılmamışdıq.
Bu gün həmin hadisə marijinal cəbhəçilərlə ekstremist qüvvələrin açıq əməkdaşlığı kimi özünü göstərdi. Onların əsas məqsədi silah və güc yolu ilə Azərbaycanda dünyavi dövləti ləğv edərək çevriliş etmək idi.
Bu nədir- korluq, cinayətkar axmaqlıq, yaxud mənəv deqradasiyadır? Yoxsa ən yüksək məqamı hakimiyyət əldə etmək üçün istənilən sahibə xidmət etməkdir?
Deyəsən, bunların hər biridir. Azərbaycanın müxalifət “ataları”nın xidmət cədvəlini nəzərə alsaq bu heç də təəccüblü deyil.
1news.az