Səfir: “Azərbaycan Qafqazda Qazaxıstanın ən mühüm müttəfiqidir” | 1news.az | Xəbərlər
Siyasət

Səfir: “Azərbaycan Qafqazda Qazaxıstanın ən mühüm müttəfiqidir”

10:37 - 10 / 12 / 2015
Səfir: “Azərbaycan Qafqazda Qazaxıstanın ən mühüm müttəfiqidir”

9 dekabr tarixində Qazaxıstanın Bakıdakı səfirliyi binasında Qazaxıstan Respublikasının Müstəqilliyinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. 

1news.az xəbər verir ki, tədbirdə çıxış edən  Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev qeyd edib ki, Qazaxıstan Respublikası və Azərbaycan arasında ənənəvi olaraq qardaşlıq və dostluq münasibətləri mövcuddur

“Bu gün Azərbaycan Qafqaz ərazisində Qazaxıstanın ən mühüm müttəfiqidir. Beynəlxalq əməkdaşlıq çərçivəsində hər iki ölkənin əsas məsələlər üzrə mövqeyi uyğundur”- deyə səfir bildirib.

Səfir həmçinin qeyd edib ki, müstəqillik illərində ölkəsi yüksək inkişaf mərhələsinə gəlib catıb. Tədbirdə çıxış edən Azərbaycanın sənaye və energetika nazirinin müavini  Natiq Abbasov qazax  xalqını müstəqillik günü münasibətilə təbrik edib.

O, qeyd edib ki, hər iki ölkə energetika sahəsində aktiv əməkdaşlıq edir, Qazaxıstan nefti Bakı-Tbilisi- Ceyhan neft kəməri ilə Azərbaycan ərazisindən nəql olunur.  Bundan əlavə ölkələr arasında kənd təsərrüfatı, mədəniyyət və nəqliyyat və d. sferasında da əməkdaşlıq mövcuddur. Qazaxıstan 16 dekabr tarixində Müstəqillik gününü qeyd edir. 1991-ci ilin bu günü ölkə prezidenti Nursultan Nazarbayev “Qazaxıstan Respublikasının müstəqilli haqqında” Konstitusiya qanununu imzalayıb.

“Qazaxıstanda bayram günləri haqqında” qanununa əsasən 16-17 dekabr tarixlərində qeyd olunan Müstəqillik günü milli bayramlar kateqoriyasına daxil olan yeganə bayramdır. 

1news.az

Paylaş:
723

Son xəbərlər

Masallıda evdə yanğın olub

13 / 01 / 2025, 15:16
Bütün xəbərlər