Vəkil: «Cahangir Hacıyev Eldar Mahmudovun əleyhinə ifadə verməyib»
Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin vəkili Aqil Layıcov C.Hacıyevin keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əleyhinə ifadə verməsi xəbərinə münasibət bildirib.
1news.az-ın məlumatına görə, A.Layıcov bildirib ki, bildirib ki, C. Hacıyevin barəsində olan cinayət işi yalnız kreditlərlə bağlıdır:
“Cinayət işi Beynəlxalq Bank və qaytarılmayan kreditlərlə bağlıdır. Cinayət işi üzrə istintaq hərəkətləri çox ləng aparılır və onun Eldar Mahmudova qarşı ifadə verməsi yalandır. Belə bir ifadə olmayıb”.
Xatırladaq ki, dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə C. Hacıyevin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O dekabrın 9-da həbs olunmasında apelyasiya şikayəti versə də, dekabrın 10-da onun iddiası təmin olunmayıb.
C. Hacıyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən ittiham edilir.
Onu da qeyd edək ki, C.Hacıyevlə E.Mahmudov qudadırlar.
1news.az